Xoşqədəmlə Doğuşun əkiz oğlu oldu - FOTO
Bu gün türkiyəli müğənni Doğuşla Xoşqədəm Hidayətqızının əkiz övladları dünyaya gəlib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün əkiz oğlanları "Şişli Kolan İnternetional Hospital” xəstəxanasında dünyaya gəlib. Aparıcının da, övladlarının da səhhəti yaxşıdır. Cütlük övladlarından birinə Arda adını qoyub, digərinə isə hələ ki, ad seçmədiklərini bildiriblər.
Qeyd edək ki, türkiyəli sənətçi Demet Akalın sosial şəbəkədə ata olması münasibətilə həmkarını təbrik edib: "Dostumun iki aslan parçası övladı oldu. Təbriklər! Ən böyük ata – Doğuş ata!”.
Xatırladaq ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ildə ailə həyatı qurub. Teleaparıcın birinci evliliyindən Zaur adlı oğlu var.
BAKU.WS
Oxşar xəbərlər
Emin Leyla Əliyevanın qızına maşın sürməyi öyrətdi (FOTO)
Tanınmış müğənni-bəstəkar Emin Leyla Əliyevanın qızı ilə yenidən bir araya gəlib. BAKU.WS məlumatına görə verir ki, müğənni sosial şəbəkədə Əminə ilə yeni foto...