Ukraynanın xalq artisti oğluna Təbriz adını verdi (FOTO)
Ukraynanın xalq artisti, tanınmış müğənni İrina Bilık ikinci dəfə ana olub.
BAKU.WS məlumat verir ki, bu haqda müğənni şəxsi facebook hesabında məlumat verib:
"Çox xoşbəxtəm. İkinci dəfə ana oldum", - deyə müğənni yazıb.
Tanınmış rejissor və stilst Aslan Əhmədovla evli olan İrina Bilık övladının adını Təbriz qoyub. Körpə dekabrın 8-də Avropa ölkələrindən birində dünyaya gəlib. Körpənin adının Təbriz olması atasının əslən azərbaycanlı olması ilə izah edilir.
Aslan Əhmədov da uşağın dünyaya gəlməsi ilə bağlı təəsürratlarını sosial şəbəkədə bölüşüb. O, oğlunun adını Təbriz qoyduğunu qeyd edib:
"Mən ata oldum! Mənim oğlum dünyaya gəldi! Gözəl balam, Təbriz Aslan oğlu Əhmədov!"
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Ülviyyə Mahmudova ana olub (FOTO)
Professor Nərgiz Paşayevanın qızı, "Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova ikinci dəfə ana olub. BAKU.WS məlumat verir ki, Ülviyyə Mahmudova bu ha...