Məşhur modelin oğlu "donuz qripi"nə yoluxdu (FOTO)

Məşhur modelin oğlu donuz qripinə yoluxdu (FOTO)
Şou-biznes 1129

 

Tanınmış model və fitnes müəllimi Ebru Şallının böyük oğlu "donuz qripi" olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, modelin qış tətilində olan 11 yaşlı oğlu Beren xəstəxanaya yerləşdirilib. Həkimlər onun "donuz qripi" kimi tanınan H1N1 virusuna yoluxduğunu bildirib. Xəstəxanadakı müalicəsindən sonra Beren müalicəsini evdə davam etdirib. Modelin 5 yaşlı oğlu Pars da qripə yoluxub. Lakin onun "donuz qripi" yox, adi qrip olduğu müəyyən edilib. 

Ebru Şallı oğlunun səhhətinin hazırda normal olduğunu bildirib:

"Bu qış tətilimiz xəsətəliklərlə mübarizə apararaq keçdi. Beren indi yaxşıdır. Pars isə adi qripə yoluxub. İstirahətim məhv olub, amma mənim üçün əsas övladlarımdır".

BAKU.WS

Son xəbərlər