Məşhur azərbaycanlı təşkilatçı Stiven Siqalla birlikdə (VİDEO/FOTO)

Məşhur azərbaycanlı təşkilatçı Stiven Siqalla birlikdə (VİDEO/FOTO)
Video
Şou-biznes 1457

Dünyaca məşhur ulduzların Azərbaycanda konsertlərini təşkil edən Anar Reyband "İnstagram” bloqunda maraqlı paylaşımlar etməkdədir.

BAKU.WS xəbər verir ki, təşkilatçı hazırda II Ümumdünya Köçəri Oyunları ilə əlaqədar Qırğısıstanda səfərdədir.

Onun öz bloqunda paylaşdığı foto və videolarında məşhur Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqalın da qatıldığı diqqətdən yayınmayıb. 

Həmin foto və videoları təqdim etməzdən öncə xatırladaq ki, Stiven Siqal ötən ilin dekabrında Bakıda Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış etmişdi. 

Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqiyə aktyorluqdan çox daha əvvəl başlayıb və əsasən blüz janrına üstünlük verib.

İsık-Göl bölgəsində 23 idman növü üzrə keçirilən oyunlarda 53 ölkədən təxminən min idmançı iştirak edir. 

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Prezident amerikalı kino ulduza əlləri ilə yerkökü soydu (FOTO, VİDEO)

Prezident amerikalı kino ulduza əlləri ilə yerkökü soydu (FOTO, VİDEO)

Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı aktyor və musiqiçi Stiven Siqalla görüşüb. BAKU.WS-in məlumatına görə, Belarus prezidenti aktyorla görüşmək i...

1437 Video 15:30 25 avqust 2016

Son xəbərlər