Məşhur aktyorun son halı sevənlərini kədərləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktyor Ufuk Özkan son halı ilə sevənlərini məyus edib.
BAKU.WS xəbər verir ki, "Geniş Aile" serialının ulduzu uzun müddətdir ki, səhhətindək problemlərlə mübarizə aparır. Qaraciyər çatışmazlığından müalicə alan aktyorun son görüntüləri pərəstişkarlarını kədərləndirib.
Qaraciyər transplantasiyasına ehtiyacı olduğu bildirilən, lakin hələlik əməliyyat üçün razılıq almayan Özkan Konyada bir restoranda yemək yeyərkən görüntülənib. onun həddən artıq arıqlaması və kədərli siması diqqətdən yayınmayıb.
Qeyd edək ki, Ufuk Özkan bir neçə ay əvvəl evində halı pisləşdiyi üçün təcili yardımla xəstəxanaya aparılıb. Reanimasiyada qalan aktyor sevənlərini çox qorxutmuşdu.
Oxşar xəbərlər
Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu
Aktrisa Demet Evqar yeni xəbərlə gündəm olub. BAKU.WS xəbər verir ki, o prodüserliyini etdiyi "Macbeth" adlı layihəsinə görə böyük məbləğdə pul itirib. Maliyyə...