İlin ən gözlənilən filmi olan "Bayram axşamı" təqdim olundu (FOTO - VİDEO)

İlin ən gözlənilən filmi olan Bayram axşamı təqdim olundu (FOTO - VİDEO)
Video
Şou-biznes 11163

Ötən gün "Cinema Plus"da möhtəşəm "Bayram axşamı" filmi mətbuat nümayəndələri üçün nümayiş etdirilib.

BAKU.WS xəbər verir ki, mediya nümayəndələrinin böyük rəğbətini qazanan film haqlı olaraq "İlin ən çox gözlənilən filmi" statusunu doğruldub. İlk olaraq "Bayram Axşamı" filminin prodüseri Murad Dadaşov çıxış edərək jurnalistləri salamlayıb. Film haqda danışan Murad Dadaşov informasiya dəstəyinə görə, BAKU.WS saytına öz dərin minnətdarlığını bildirib.

Murad Dadaşov film haqda yayılan bütün mənfi xəbərlərin əksinə olaraq BAKU.WS saytının ən doğru xəbəri yazdığını deyib. 

Filmin senari müəllifi və quruluşçu rejissoru Toğrul Məmmədov, prodüseri Murad Dadaşov, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri İsmayıl Bağırov, montaj rejissoru Emin Muradovdur. 

Xüsusi vurğulamaq lazımdır ki, məhz filmin quruluşçu rejissoru Toğrul Məmmədovun təkidi ilə "Bayram axşamı" filminin ərsəyə gəlməsi üçün yalnız Azərbaycandan olan heyət fəaliyyət göstərib. Filmdəki xüsusi effektlər və səhnəcikləri azərbaycanlı kaskadyorlar canlandırıb. Toğrul Məmmədov prinsipial olaraq əcnəbi mütəxəssislərin xidmətindən istifadə etməyib.  

Baş rolları rəqqasə Oksana Rəsulova, Murad Dadaşov, İslam Mehrəliyev və Cəmil Məmmədlinin oynadığı filmin süjetinə görə elə adı da Bayram olan baş qəhrəman Novruz bayramı ərəfəsində ürəyində səhv arzu tutur. Tonqalın üstündən tullanır və növbəti gün Bayramın bədəni 6 aylıq körpə, başı isə böyük adamın ölçüsündə olur.

"Bayram axşamı" filmi bu gündən respublikanın bütün kinoteatrlarında nümayiş etdirilir. Hamınızı "İlin ən gözlənilən filmi"nə baxmağa dəvət edirik!

Aynur Ələkbər BAKU.WS

Son xəbərlər