“Bayram Axşamı” filminin çəkişləri başa çatdı (FOTO)
"M Group Production”ın layihəsi olan "Bayram Axşamı” filminin iki aydan artıqdır davam edən çəkilişləri yekunlaşıb.
Filmin quruluşçu rejissoru, ssenari müəllifi, "M Group Production”ın baş prodüseri Toğrul Məmmədov BAKU.WS-ə açıqlamasında bu haqda məlumat verib.
"Novruz Bayramına həsr olunan bu filmdə "Forsaj”, "Sürət həyəcanı” və bu kimi filmlərdəki texnoloji yeniliklərdən istifadə olunub. "Çəkilişlər asan keçdi” – deyə bilməyəcəyəm. Çünki bu bizim ilk işimiz olduğundan üzərimizə böyük bir məsuliyyət götürdüyümüzü düşünürük. Bizimlə professional qrim ustaları işləyirdi. Filmdə siz müxtəlif mutantlar, qəribə varlıqlar, həmçinin döyüş səhnələrini görəcəksiniz. Filmin daha bir çətin məqamlarından biri də ekran işində südəmər uşaqların və heyvanların da çəkilməsidir. Özünüz bilirsiniz ki, uşaq və heyvanlarla çəkilişlər aparmaq çox çətindir. Amma biz bunun da öhdəsindən gəldik”, – deyə T.Məmmədov söyləyib.
Filmdə baş rollarda rəqqasə Oksana Rəsulova, şoumen Murad Dadaşov, müğənni Miri Yusif , aktyor və aparıcı İslam Mehrəliyev, xalq artisti, aktrisa Firəngiz Mütəllimova, repçilər Qurd (Fərid Eminov) və Elşad Xose, aparıcı Bernardo Xose çəkilib.
"Bayram Axşamı”nın gələn il martda Novruz Bayramında təqdim olunacaq.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Aytən.H
BAKU.WS
Oxşar xəbərlər
“Əli və Nino” filminin möhtəşəm təqdimatı (FOTO)
"Əli və Nino” filminin aktyor və yaradıcı heyətinin Bakıya gəlməsi haqda xəbər vermişdik. BAKU.WS xəbər verir ki, aktyor və yaradıcı heyətin media nümayəndələr...