Oksana xeyirxah qız obrazında (FOTO)
Azərbaycanlı rəqqasə Oksana Rəsulova filmə çəkilir.
Rəqqasə BAKU.WS-ə açıqlamasında bildirib ki, aparıcı Murad Dadaşovun rəhbəri olduğu "M Group Production”-nın həyata keçirdiyi "Bayram axşamı” adlı filmdə rol alıb:
"Baş rolu ifa etdiyim filmdə tərəf-müqabillərim İslam Mehrəliyev, Cəmil Məmmədli, Əkbər Əlizadə və Elxan Quliyev oldu. Düşünürəm ki, "Bayram axşamı” 2017-ci ildə ən yaxşı komediya filmi olacaq. Çünki bu işdə peşəkar komanda çalışıb. Film Novruz bayramı ərəfəsində təqdim olunacaq. Bu filmdə xeyirxah qız obrazındayam. Film barədə başqa nəsə demək istəmirəm. Sürpriz olsun, hazır olanda görəcəksiniz”.
Qeyd edək ki, "Bayram axşamı” filminin rejissoru Toğrul Məmmədov, operatoru Rauf Qurbanəliyev, baş icraçı prodüser İsmayıl Bağırov, stilist-vizajist Nura Babayevadır.
Ekran işində geyimləri Aygün Mahmudova hazırlayıb, qrimlər üzərində isə Mehriban Neymətova çalışıb.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
“Əli və Nino” kinoteatrlarda nümayiş olunacaq (VİDEO)
Məşhur "Əli və Nino” filmi tezliklə kinoteatrlarda nümayiş olunacaq. BAKU.WS axşam.az-a istinadla xəbər verir ki, bu haqda ekran işində rol alan aktrisa Cəmil...