Rəqqasə Oksana yeni biznes qurdu (FOTO)
Tanınmış rəqqasə Oksana Rəsulova özünə yeni biznes qurub.
BAKU.WS məlumat verir ki, rəqqasə "Сhandramukhi” adlı rəqs studiyası açıb. Bu haqda O.Rəsulova Instagram hesabında məlumat verib:
"Qrupa 5-10 yaş arası uşaqlar, 15-35 yaş arası gənclər qatıla bilər. Təhsil 1 illikdir. Eyni zamanda "Hind musiqisi sevənlər” adlı qrup da yaradılacaq. Burada milli rəqslə, yoqa, "belly dance” və "hiphop dance” ilə məşğul olmaq mümkündür. Müraciətlər iyunun 25-nə kimi qəbul olunur. Studiyamızda bəy-gəlin rəqsi öyrədilir, foto və video çəkilişlər, hind geyimlərinin kirayəsi də mükündür”.
Hazırda Hindistanda olan Oksana Bakıya qayıtdıqdan sonra maraqlı layihə təqdim edəcəyini bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Rəqqasə Asena Bakıda (FOTO, VİDEO)
Türkiyənin tanınmış rəqqasəsi Asena Bakıdadır. BAKU.WS məlumat verir ki, rəqqasə bu haqda Instagram hesabında məlumat verib. Sənətçi Bakıda çəkilmiş fotoların...