Leyla Əliyeva filarmoniyada (FOTO)

Leyla Əliyeva filarmoniyada (FOTO)
Şou-biznes 1140

Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Arif Məlikovun "Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib.

BAKU.WS  azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə qonaqlar filarmoniyanın foyesində Arif Məlikovun kitablarından ibarət sərgibi izləyiblər.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Arif Məlikovun yaradıcılığından danışıb. Bildirilib ki, onun balet, simfoniya, oratoriya və digər janrlarda yazdığı əsərlər bu gün sevilə-sevilə dinlənilir.

Bəstəkarın təqdimatı keçirilən 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı” dövlət başçısının dəstəyi sayəsində ərsəyə gəlib.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Dövlət Xor Kapellasının ifasında Arif Məlikovun "Vətən” vokal-simfonik poeması və "Təzadlar” adlı 6-cı simfoniyası səsləndirilib. Orkestri xalq artisti Rauf Abdullayev idarə edib.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Prezident ailəsinin özəl günü (FOTO)

Prezident ailəsinin özəl günü (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva anası - Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun preziden...

7539 Şou-biznes 09:12 27 avqust 2016

Son xəbərlər