Nazir Flarmoniya rəhbərini cəzalandırdı (RƏSMİ)

Nazir Flarmoniya rəhbərini cəzalandırdı (RƏSMİ)
Şou-biznes 1492

Mədəniyyət və Turizm Nazirliyində ötən gün kollegiya iclası keçirilib.

BAKU.WS nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir ki, iclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti, Sumqayıt, Mingəçevir və Şəki dram teatrlarının yaradıcılıq fəaliyyəti, repertuar siyasəti və başqa məsələlər müzakirə olunub. 

Məruzələr və çıxışlardan sonra Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti ilə bağlı kollegiyanın qərarı qəbul edilib.

Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verilib. Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova isə ciddi xəbərdarlıq edilib. 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova da xəbərdarlıq edilib. 

Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib. 

BAKU.WS

Son xəbərlər