Leyla Əliyeva Londonda ziyafətdə (FOTO)

Leyla Əliyeva Londonda ziyafətdə (FOTO)
Şou-biznes 2130

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib.

BAKU.WS-in məlumatına görə, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri də mərasimə qatılıblar.

Əvvəlcə azərbaycanlı skripkaçı Səbinə Rakçayeva ifasında Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 1918-ci ilin bu günündə Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini və müsəlman Şərqində ilk demokratik respublikanın ölkəmizdə qurulduğunu bildirib. 

Sonda tədbir iştirakçıları Azərbaycanın milli ornamentləri, suvenirləri ilə bəzədilmiş stendi ziyarət ediblər. Stendə ölkəmizin iqtisadi, sosial inkişafı və turizm imkanlarından bəhs edən kitablar da nümayiş olunub. Bundan başqa, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə etdiyi sosial-iqtisadi nailiyyətlər barədə sənədli film nümayiş etdirilib. (AzərTac)

BAKU.WS

Oxşar xəbərlər

"Siz onun gözlərinə baxın..." - Leyla Əliyevadan səmimi FOTO

"Siz onun gözlərinə baxın..." - Leyla Əliyevadan səmimi FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva Londonda yaşayan bibidi Sevil Əliyeva ilə görüşüb. BAKU.WS məlumat verir...

10979 Şou-biznes 10:28 28 may 2016

Son xəbərlər