Leyla Əliyeva tələblərlə selfi çəkdirdi (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda səfərdə olan rusiyalı tələbələrlə görüşüb. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) və Rusiya Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbinin (RMTU AİM) tələbələri ilə görüşdə bir sıra layihə və təkliflər müzakirə olunub.
Rusiyalı tələbələr səfərləri barədə təəssüratlarını bölüşərək Bakıda olduqları müddətdə paytaxtımızla geniş tanışlıq imkanı yarandığını bildiriblər. Tələbələr buradakı qonaqpərvərlik və Bakının gözəlliyinə heyran olduqlarını deyiblər.
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, ölkə daxilində və Azərbaycandan kənarda həyata keçirilən layihələr, o cümlədən valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı görülən işlər barədə danışıb. Bildirib ki, Fondun sosial-humanitar sahələrdəki fəaliyyəti cəmiyyətdə vacib rol oynayır.
Rusiyalı qonaqlar Leyla Əliyevanın Moskva Dövlət Universitetində, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ekologiya və sosial mövzularda mühazirə ilə çıxış etməsi təklifini irəli sürüblər. Eyni zamanda, görüşdə MDBMİ-nin nəzdindəki "Negotiation Glub” çərçivəsində beynəlxalq turnirin keçirilməsi məsələsi müzakirə olunub.
BAKU.WS
Oxşar xəbərlər
Hacı Nuran Leyla Əliyeva ilə birlikdə (FOTO)
Aparıcı Hacı Nuran Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə bir araya gəlib. BAKU.WS məlumat verir ki, aparıc...