"Kəraməti ancaq döymək lazımdır" - Meyxanaçılardan cavab (VİDEO)
26
mar
2019
17:32
Meyxana sənətinin ölüb itməsini arzulayan gənc yazar Kəramət Böyükçölə meyxanaçılardan cavab gəlib.BAKU.WS xəbər verir ki, ARB-nin "Səhər-səhər" proqramının qonağı olan meyxanaçılar yazıçının məlum statusunu müzakirə edərkən aqresiya nümayiş etdiriblər.Mehman Əhmədli Kəraməti ancaq döyməklə başa salmağın mümkün olduğunu dilə gətirib:"Kimdir axı Kəramət? Ondan öz atası imtina edib. Ona nə cavab verəsən? Onun ancaq ağzının üstünə qoyasan, vəssalam. O adam söz başa düşmür. Onu ancaq döymək lazımdır. Misal üçün, sabah toyda Diləfruz adında biri mənimlə üzbəüz oturub desə ki, meyxana pisdir, mən onunla nə danışacam. Deyəcəm ki, Ay Diləfruz, niyə, nə üçün? Kimdir axı Kəramət?"Ələkbər Yasamallı reaksiyası belə olub: "Kəramət və ya Diləfruz, fərq etməz. Birincisi, Kəramət mən oturan yerdə meyxanadan danışa bilməz. Kəramət yox e, Kərsiz amət kimdirsə, tanımıram, amma meyxana barədə fikir bildirmək üçün məsuliyyət daşımalıdır".Xatırladaq ki, K.Böyükçöl meyxanaçı Aydın Xırdalanlı vəfat edən gün belə bir status yazmışdır: “Aydın Xırdalanlı vəfat edib. İnsan olaraq Aydına bir sözüm yoxdur, onu nə sevirdim, nə də sevmirdim. Allah rəhmət eləsin. Amma arzu edirəm, Aydınla birlikdə Azərbaycanda adına sənət dedikləri o meyxana da ölüb getsin, rədd olsun, efirlər meyxanaya qadağa qoysun. Meyxanaçılar nə qədər çox yox olarsa, xalqımız o qədər aydınlığa çıxacaq”.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Cavid Qurbanov gənc yazara ev verib? - RƏSMİ AÇIQLAMA
"Son günlər bəzi elektron KİV-lərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun jurnalist Kəramət Böyükçölə ev bağışlanması ha...