Komitə sədri qayınanaların müdafiəsinə qalxdı: “Axı qayınana niyə mənfi obraz olmalıdır?”

15
may
2019
15:47
“Azərbaycanda televiziya ekranlarında yayımlanan fantastik filmlər tamaşaçılar arasında bütün məhəbbət hisslərini öldürür”.BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.Dövlət Komitəsinin sədri bildirib ki, fantastik filmlərdə təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır. O, həmçinin Azərbaycan filmlərində qayınanaların mənfi obrazda təqdim olunmasına münasibət bildirib:“Çox təəssüf ki, bizim də filmlərimizdə qaynanalar həmişə mənfi obrazda təqdim olunub. Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qayınana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?”M.Qurbanlı ev heyvanları saxlamağın insan psixologiyasına müsbət təsirlər göstərdiyini deyib: “Azərbaycanda ev heyvanlarını saxlamaq lazımdır. Bu heyvanlar bəzən beyinləri rahatlaşdırır”.
Oxşar xəbərlər
Hadi Rəcəbli: Çox təəssüf edirəm ki, Milli Məclisə girib-çıxan adamların içində...
"Parlament jurnalistlərinə müraciət edirəm. Gəlin əməkdaşlıq edin. “Gop da olsa maraqlıdır” fikirləri ilə yaşayan insanlarımız var”.BAKU.WS modern.az-a istinadə...
