Komitə sədri: "Sovetski"də sökülən məscidlərin əvəzinə yeniləri tikiləcək
12
apr
2017
15:00
Bakının "Sovetski” adlanan ərazisində sökülən məscidlərin əvəzinə yeni məscidlər tikiləcək.
Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, həmin məscidlərin əvəzinə "Sovetski" adlanan ərazidə yer müəyyən edilib yeniləri tikiləcək:
"Sökülən məscidlər çox köhnə, yararsız vəziyyətdədir, eyni zamanda qeydiyyatı yoxdur. Orada özünüz də baxsanız görərsiniz ki, məscidlər yararsız vəziyyətdədir”.
Dövlət Komitəsinin sədri bildirib ki, bəziləri məsələdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır.
BAKU.WS
Oxşar xəbərlər
Şeyx Hacı Cavad məscidinin sökülməsindən danışdı
"Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm". BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ...