Bakıda söküləcək evlərin yerində bu binalar tikiləcək (FOTO)
Paytaxt Bakıda yeni binalar tikiləcək.
BAKU.WS məlumat verir ki, bu barədə ANS PRESS-ə Səbail Rayon İcra Hakimiyyətinin (RİN) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.
Onun sözlərinə görə, Səbail Rayonunun Bünyad Sərdərov və Abdulla Şaiq küçələrinin kəşişməsində 3 yeni bina tikiləcək.
Adıçəkilən ünvanda tikiləcək binalar xarici görünüşlərinə görə də fərqli olacaqlar.
"Səbail rayonunda mənzil tikintisi ilə bağlı yerli sahibkarlar tərəfindən yeni layihələrə başlanıb və artıq ilk nəticələr var. Bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu prosses davam edir. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir".
Qurum rəsmisi onu da əlavə etdi ki, daha 4 bina Bayıl qəsəbəsi Qurban Abbasov (indi Neftçi Qurban) küçəsində tikiləcək. İsrafil Kərimovun sözlərinə görə, artıq həmin ərazidə söküntü işlərinə başlanılıb.
"Ərazidəki bəzi insanlar artıq köçür. Bəziləri ilə də danışıqlıqlar gedir. Ya onlar kirayə qalacaq və yeni bina tikildikdən sonra həmin binada mənzillə təmin ediləcəklər, ya da evlərinin müqabilində kompensasiya alacaqlar. Bu məsələ ilə binaların tikintisi ilə məşğul olacaq sahibkarlar məşğul olurlar".
Qeyd edilən ərazi "Sovetski" kimi tanınan yerin yaxınlığındadı. Burada isə söküntü işləri bir neçə il öncə başlayıb. "Sovetski" kimi tanınan qəsəbəsinin sökülməsi ilə bağlı qəarı hökumət 3 mart 2014-ci il tarixində açıqlamışdı. Söküntü işlərinə ilk olaraq Yasamal rayaonu ərazisindən başlanılıb. Evləri sökülən sakinlərə hər kavdrat metrin müqabilində 1500 manat pul ödənilib.
Görülən işlərin ilk nəticəsi olaraq köçürülmüş ərazidə Nəriman Nərimanov heykəlindən Hüseyn Cavid parkına qədər yeni 4 zolaqlı avtomobil yolu və istirahət parkı keçən ilin oktyabr ayından əhalinin istifadəsindədir.
Ötən ilin iyul ayında kiçik ölçülü yaşayış yerinə sahib "Sovetski” sakinləri mənzillə təmin olunublar. Binalardan biri biri 104, digəri isə 96 mənzildən ibarətdir. Hər bir mənzil 2 otaqdan ibarətdir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda plana düşmüş 1000-dən artıq binanın aqibəti ilə bağlı açıqlama (VİDEO)
Nazirlər Kabinetinin qərarı ilə paytaxtda söküləcək 1000-dən artıq binanın aqibəti ilə bağlı yeni açıqlama verilib. Dövlət Tikinti Və Arxitektura Komitəsinin...