"Burj Khalifa"nın müəllifi Bakıda unikal yaşıl bina tikəcək (FOTO)

Burj Khalifanın müəllifi Bakıda unikal yaşıl bina tikəcək (FOTO)
Şou-biznes 1751

 

Bakıda "Baku Landmark" adlı unikal "yaşıl" bina tikiləcək. 

BAKU.WS Report-a istinadən məlumat verir ki, binanın layihəsi dünyaca məşhur amerikalı memar, Dubaydakı "Burj Khalifa"nın müəllifi Edrian Smit tərəfindən hazırlanıb. Tikinti işləri ilə artıq "Flame Towers" qüllələri və Şahdağ dağ-xizək kompleksinin inşası ilə məşhurlaşan "DIA Holding" məşğul olacaq. "Baku Landmark" kompleksi Heydər Əliyev Mərkəzinin yaxınlığında inşa ediləcək. Kompleksdə ofislərlə yanaşı, mənzillər, mağazalar, kafe və bağların olacağı planlaşdırılır. 

Onun hündürlüyü 50 metr olacaq, ən üst mərtəbədə "penthauslar" yerləşəcək. Fasadın hazırlanması zamanı memarlar qədim Bakının memarlıq ənənələrinə müraciət edib və binanın üz qabığını qala divarları formasında düzəldib. Smitin layihəsinin unikallığı ondan ibarətdir ki, bu, Bakıda "LEED Platinum" ekoloji standartlarına uyğun ilk bina olacaq. "The Leadership in Energy&Environmental Design" (LEED) enerji və ekoloji layihələndirmədə liderlik kimi tərcümə olunur və belə desək, "yaşıl" binalar üşün reytinq sistemi rolunu oynayır.

Bakıda tikiləcək bina ən yüksək sertifikatlaşdırmaya (Platinum) malik olacaq. "Baku Landmark" həm də yüksək enerji səmərəliliyinə malik olacaq. Belə ki, kompleks MEP sistemi, işıqlandırmanın idarə olunması, dövr edən su təchizatı və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi səbəbiylə enerjiyə qənaət edəcək.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 100 bina söküləcək

Bakıda 100 bina söküləcək

Sabunçu rayonunda qəzalı olan 4 binanın sakinləri köçürüləcək. BAKU.WS-in məlumatına görə, bunu Trend-ə açıqlamasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının...

5570 Sosial 16:23 12 noyabr 2015

Son xəbərlər