Kişilərin gizli problemi (FOTO)
02
dek
2015
10:01
Bir çox kişilər cinsi zəiflikdən əziyyət çəkir. Kişi belə hallarda stresə düşür və həyatın bitdiyini düşünür. Lakin belə hallarda birinci növbədə həkimə müraciət etmək lazımdır. Bakıda yeni açılan Real Hospitalda müasir tipli tibbi avadanlıqların gətirilməsi və təcrübəli həkimlərin köməkliyilə kişilərin bu tipli problemlərinə son qoyulur. Hospitalın baş həkimi, doktor Seymur Mehtiyev
BAKU.WS-ə bildirib ki, cinsi əlaqə üçün lazımı qədər cinsi istəyin (həvəsin) olmaması, penisin yaxşı sərtləşməməsi və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır. Erektil disfunksiya olduğu hallarda kişi və qadını məmnun edəcək cinsi əlaqəni başlayıb və davam etdirmək üçün penis (kişi cinsiyyət orqanı) lazımı qədər sərtləşmir. Ereksiya (penisin sərtləşməsi), cinsi həyəcana cavab olaraq yaranan bir haldır.
İstənilən bir cinsi həvəs, beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin kompleks artması nəticəsində penisə (kişi cinsiyyət orqanına) gedən qanın artmasına səbəb olur, nəticədə yumuşaq halda olan penis böyüyür və sərtləşir.
Qeyd edək ki, erektil disfunksiya termini 1992-ci ildə National İnstitutes of Health tərəfindən verilib. O vaxta qədər bu termin impotensiya olaraq adlandırılırdı. İmpotensiya sözü insanlara psixoloji təsir etdiyi və cinsi funksiya pozğunluqlarını tam əhatə etmədiyi üçün dəyişdirilib Həkim deyir ki, kişilərin 60 faizi yaşadıqları müddətdə qısa və ya uzun müddətli erektil disfunsiya (impotensiya) ilə rastlaşır: "Yaş artdıqca ereksiya (sərtləşma) problemi də artır. Sərtləşmə problemi (impotensiya) kişinin və ya ailənin yaşam tərzini, həyat keyfiyyətini önəmli dərəcədə pozur. Bəzi kişilər bunu normal qəbul edirlər, partnyorlarından razı deyillərsə və ya ona önəm vermirlərsə, həyatlarında başqa həyəcanlar və ya heç bir problemləri yoxdursa, sərtləşmə problemi onları bir o qədər də narahat etmir”.
Seymur Mehtiyev bildirib ki, daha gənc yaşlarda və həyatda daha aktiv olan kişilərdə bu məsələ onların həyatlarının ən ciddi, ən önəmli problemləridir. İşlərini hətta həyatlarını axsadacaq hala gətirib çıxarır, depresiya, hətta intihara belə səbəb ola bilir. Cinsi zəiflik orqanik (üzvi), psixoloji səbəblərdən ola bilər. Bəzən isə bunun səbəbləri məlum olmur. Cinsi zəifliyi yaradan orqanik səbəblər hansılardır? 1) Şəkərli diabet (şəkər xəstəliyi) 2) Nevroloji, yəni sinir sistemilə əlaqədar pozğunluqlar. 3) Penisin (kişi cinsiyyət orqanının) anatomik pozğunluqları. 4) Hormonal problemlər, bu problemlər beyindəki hipofiz vəzidən və ya xayalardan ifraz olunan cinsiyyət sistemi ilə əlaqədar olan hormonların mıqdarının dəyişilməsindən irəli gəlir. 5) Damar xəstəlikləri( damarlarda olan daralmalar). Bunlar iki şəkildə görülür. Qanın penisə gəlməsinə mane olan damar problemləri və penisdə toplanmış qanın qısa müddəttə boşalması (sərtləşmə olmadan). Amerika Minnea Ürək-damar institunun apardığı araşdırmaya əsasən, kişilərdə erektil disfunksiya (impotensiya) probleminin olması, bir neçə il sonra ürək-damar sistemi xəstəliklərinin olacağını öncədən xəbərdar edən bir siqnaldır. Aparılan araşdırmaya görə, sərtləşmə (kişi cinsiyyət orqanının düzlənməsi) problemi damarlardan qaynaqlandığını bildiyimiz halda,xəstələrdə ürək-damar xəstəliləri baxımından da araşdırma aparılması tövsiyə olunur.
Seymur Mehtiyev deyir ki, bəzən kişilər siqaret və spirtli içkilərə meyilli olurlar. Bu da cinsi zəifliyi səbəb olur. Həkimn sözlərinə görə, bəzi dərmanlar da kişiliyin azalmasına gətirib çıxarır. "Tütün məhsullarının qəbulu bir çox xəstəliklərə səbəb olduğu kimi erektil disfunksiyaya (impotensiya) da səbəb olur. Çünki siqaret ayaq damarlarından beyinə, ağciyərlərə, ürəyə, penisə (kişi cinsiyyət orqanı) qədər bütün damarlarda pataloji hallar yarada bilən sistemli təsir edir. Spirtli içkilərin qəbulu ereksiyanı əngəlləyir. Az miqdarda alkoqol cinsi həvəsi oyandırır, amma alkoqolun miqdarı artdıqca ereksiyanı (sərtləşməni) önəmli dərəcədə əngəlləyir. Bəzi təzyiq, depresiya və narkotik dərmanlar erektil disfunksiyaya səbəb olurlar. Qəza, yaralanma və əməliyyatlar vəya onların ağırlaşmaları da erektil disfunksiyaya (impotensiya) səbəb olurlar.
Peyroni xəstəliyi adlandırılan penisdə (kişi cinsiyyət orqanı) olan əyriliklər də ereksiya problemi yaradır. Xüsusilə, penis ereksiya (sərt) vəzyətdə olduğu zaman travmaya məruz qalırsa, bu zaman ciddi ereksiya problemi yarana bilir. Penis (kişi cinsiyyət orqanı) qırıla bilir, əyilir və.s travmalar alır. Beldə yırtığ olduğu (onurğa beyni zədələnmələri) hallarda da ereksiya problemi yaranır. Şüalanmaya məruz qaldığı zaman xayalar zərər görür, digər tərəfdən ereksiya problemi ilə qarşılaşılır”, - deyə Seymur Mehtiyev vurğulayıb. Qeyd edək ki, cinsi zəiflik insan qocaldıqca özünü daha çox biruzə verir. Yaş artdıqca orqanizmdə bütün funksiyaların azaldığı kimi ereksiya problemi də yaranır. 20 yaşında bir oğlanla 25 yaşındakı oğlanın cinsi əlaqəsində teorik də olsa, bir perfonmans fərqi vardır. Cinsi perfonrmans yaşla bərabər azalır. Buna baxmayaraq, hər yaşlı kişidə ereksiya azalacaq və hər cavanda ereksiya problemi olmayacaq deyilə bilməz. Belə bir məsəl var; cinsi həvəs ölmür o da yaşlanır.
Bəs cinsi zəiflik olanda nə etmək lazımdır? diaqnozu necə qoyulur? Əslində bir çox kişilərdə erektil disfunksiyanın (impotensiya) səbəbi çox asanlıqla müəyyən edilir. Bir dəfə düzgün diaqnoz qoyulduqda çox gözəl effektiv şəkildə də müalicə olunur. Ilk öncə problemin orqanik yoxsa psixoloji olduğu müəyyən edilməlidir. Bu zaman olan cinsi problemin hər zaman olduğu yoxsa anidən ortaya çıxması önəmlidir. Əgər erektil disfunksiya (impotensiya) hər bir vəziyyətdə, hər zaman, bütün partnyorlarla, hər yerdə olursa, bu yayqın bir erektil disfunksiya olduğuna işarədir.
Erektil disfunksiya (sərtləşmə problemi) 1-cili və ya 2-cili olaraq rast gəlinir.Cinsi istəksizlik, erkən boşalma, qadında olan cinsi problemlər (əsasən vaginiz) və ailə daxili problemlər nəticəsində yaranan hallar 2-cilidir. Öncə obyektiv müayinə, lazımsa ardından xəstədən qan alınaraq hormon analızləri və.s müayinələr aparıla bilər. Müayinələrin və xəstənin söylədiyi şikayətlərə əsasən diaqnoz dəqiqləşdirilir. Problemi yaradan səbəb uyğun effektiv müalicələr aparılır. Seymur Mehtiyev deyir ki, cinsi zəiflikdən əziyyət çəkən xəstələr "real” hospitalına müraciət edə bilərlər. Burada xəstələrin anonimliyi qorunur və onlara yüksək səviyyədə tibbi xidmət göstərilir.
Qeyd edək ki, göstərdikləri xidmətlərin bu cür işıqlandırılmasını istəyən həkimlər bizimlə əlaqə saxlaya bilərlər: 050 377-31-13
Ziya Səccad
BAKU.WS