"Kevin" vəfat edən "anası" ilə belə vidalaşdı
31
yan
2026
14:26
Ötən gün "Evdə tək" filminin aktrisası Ketrin Ohara 72 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, onunla eyni filmdə çəkilən və oğlu "Kevin" obrazında olan aktyor Makoley Kalkin aktrisanı anıb. O həmkarının vəfatından sonra başsağlığı mesajı paylaşıb:
"Ana... Düşünürdüm ki, vaxtımız var. Daha çox şey istəyirdim. Yanındakı kresloda oturmaq istəyirdim. Səni eşitdim. Amma deməli olduğum daha çox şey var idi. Səni sevirəm. Daha sonra görüşənədək".
Xatırladaq ki, K.Ohara karyerasına 1974-cü ildə Kanadanın Toronto şəhərindəki "The Second City" şəhər teatrında başlayıb.
Oxşar xəbərlər
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatları davam edir - Saxlanılanların TAM SİYAHISI
Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları zamanı saxlanılan şəxslərin adları açıqlanıb. BAKU.WS-in məlumatına görə, bunlar Enes Batur, Barış M...