Kərim Abbasov: "Qayınanam mənə analıq edir..."
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Kərim Abbasov açıqlaması ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, "Xəzər axşamı" proqramına qonaq olan ifaçı qayınanasından danışıb. İfaçı bildirib ki, həyat yoldaşının anası elə ona da ana kimidir. O yaxşı qayınanası olduğu üçün özünü şanslı hesab etdiyini vurğulayıb:
"Qaynanam deməyim. O mənim anamdır. Qayınanamı çox istəyirəm. Çünki o qayınana deyil. "Qayınana" sözü başqa bir kəlimədir, "Ana" sözü isə başqa kəlimə... Qayınanam mənə qayınanalıq etməyib. O mənə həmişə ana olub. Özü də edlə bir adamdır ki o qızını acılaya bilər nəsə söz deyə bilər. Amma mənə qarşı heç vaxt elə olmayıb. Mənim qayınanamdan yoxdur. Sağ əlim qayınanası yaxşı olmayanların başına..."
Xatırladaq ki, Kərim Abbasov ilk dəfə prodüser Təranə Səmədova ilə evli olub. Daha sonra cütlük qalmaqallı şəkildə boşanıb. Kərim ikinci dəfə Təranə adlı xanmla ailə qurub. Onların Yusif adlı bir övladı var. Abbasov müsahibələrindən birində ikinci həyat yoldaşını evləndikdən sonra sevdiyini etiraf edib.
Oxşar xəbərlər
Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu
Aktrisa Demet Evqar yeni xəbərlə gündəm olub. BAKU.WS xəbər verir ki, o prodüserliyini etdiyi "Macbeth" adlı layihəsinə görə böyük məbləğdə pul itirib. Maliyyə...