Jony səhhətindəki problemə görə konsertlərini təxirə saldı
"Kamin" hitinin ifaçısı, əslən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) səs tellərində yaranan problem səbəbindən bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, sənətçi martın 27-də Minskdəki konsert zamanı səsini itirib. Həkimlər ona oxumağı və danışmağı qəti şəkildə qadağan edib. Müğənnidə səs tellərinin kəskin iltihabı aşkarlanıb və müalicə prosesi çətinləşib.
Məlumata görə, Jonyə beş dəfə adrenalin iynəsi vurulub. Hazırda o, iltihab əleyhinə və hormonal müalicə alır, həmçinin tam səs istirahəti rejimindədir. Həkimlər xəbərdarlıq ediblər ki, rejimə əməl olunmasa, səsin daimi itirilməsi riski yarana bilər.
Müalicənin nəticəsindən asılı olaraq, müğənninin aprelin 19-dan etibarən səhnəyə qayıtması ehtimal olunur.
Oxşar xəbərlər
Xəzərin sahilində keçirilən "Dream Fest"in İLK GÜNÜNDƏ YAŞANANLAR
Ötən gün paytaxtda yayının əsas hadisəsi olan "Dream Fest" beynəlxalq musiqi festivalı start götürüb. BAKU.WS xəbər verir ki, hələ üç gün davam edəcək tədbir "S...