IQOS siqaretlərini çəkənlər təhlükədədirmi? - ARAŞDIRMA

26
okt
2018
14:34
IQOS - siqaret çəkmək üçün xüsusi elektron qurğudur. İstehsalçının (Philip Morris) sözlərinə görə, IQOS-dan istifadə edənlər 90 faiz daha az zərərli maddələri özünə çəkir. Reklam paylaşımlarında isə deyilir ki, bununla siqaret istifadəçilərinin ağciyərlərinə kağızın içində yanan tütün məmulatları yox, tütün dadını xatırladan aerozol dolur. BAKU.WS-in məlumatına görə, bu yaxınlarda Kaliforniya Universitetindən olan amerikalı alimlər isə IQOS-un zərərləri haqqında yeni araşdırma ediblər. Məlum olub ki, isinmə zamanı qurğunun içində olan polimer filtr az-az əriməyə başlayır. Onun əriməsi nəticəsində toksiki maddələr yaranmağa başlayır. Bu cür zəhərli maddələrin az miqdarda belə insan orqanizminə daxil olması isə gələcəkdə onların səhhətində bir sıra problemlərin yaranmasına səbəb olur. Beləliklə, IQOS-dan istifadə edənlərin həzm prosesi pozulur, onlarda baş ağrıları, yuxusuzluq, psixi pozğunluq və bir sıra dəri xəstəlikləri yaranır. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər
Taksidə siqaret çəkənlərə kim nəzarət edəcək?
Məlum olduğu kimi, Milli Məclisin (MM) payız sessiyasının dünən keçirilən ilk plenar iclasında İnzibati Xətalar Məcəlləsinə mühüm dəyişikliklər edilib.BAKU.WS x...