XƏBƏRDARLIQ: Siqaretlə bağlı daha bir cərimə tətbiq olundu

XƏBƏRDARLIQ: Siqaretlə bağlı daha bir cərimə tətbiq olundu
Sosial 10082
Milli Məclisin deputatı Vüsal Hüseynov son günlər siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilməməsi və hələ də qadağan edilmiş yerlərdə bu halların davam etməsi ilə bağlı müzakirələrə münasibət bildirib.Millət vəkili qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2-ci maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir:"Nəzərə alınmalıdır ki, elə “Tütün və tütün məmulatı haqqında” qanuna əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də bu mənada vəzifəli şəxs hesab olunurlar və barələrində 400 manat cərimə tətbiq edilə bilər. Həmçinin qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə müəyyən edilib".Onun sözlərinə görə, müzakirələrə yol açan və çaşqınlıq yaradan incə hüquqi məqam odur ki, bu cərimələr “Tütün və tütün məmulatı haqqında” qanuna istinad edərək bu cərimələri tətbiq etməni müəyyən edir:"Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun isə mövcud İXM-in istinad etdiyi qanunda müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, İXM-də istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddənin artıq hüquqi qüvvəsi yoxdur. Mövcud vəziyyət hazırda yalnız İXM-yə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin, İXM-in 212-ci maddəsi sadəcə siqaret çəkməklə ilə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qalyan). Digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər".V.Hüseynov bildirib ki, bu, qısamüddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasın Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və İXM-yə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanları təmin edəcək.BAKU.WS

Son xəbərlər