Şimşək çaxacaq, leysan yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
17
avq
2018
14:05
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.BAKU.WS nazirliyin məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz və 19-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.Avqustun 18-i gündüzdən avqustun 20-dək şimal rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. BAKU.WS
Oxşar xəbərlər
Hava pisləşəcək - Əhaliyə XƏBƏRDARLİQ:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.Nazirliyin Milli Hidrometeorologiya Departamentindən B...