HAVA XƏBƏRDARLIĞI - Leysan yağacaq, dolu düşəcək

HAVA XƏBƏRDARLIĞI - Leysan yağacaq, dolu düşəcək
Şou-biznes 2824
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.Departamentdən BAKU.WS-ə bildirilib ki, iyunun 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü səhərədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.Çaylarda sululuğun artacağı ehtimal olunur.BAKU.WS

Son xəbərlər