İbrahim Tatlıses hədiyyə verdiyi evdən qardaşını qovub? - AÇIQLAMA

İbrahim Tatlıses hədiyyə verdiyi evdən qardaşını qovub? - AÇIQLAMA
Video
Şou-biznes 200

Müğənni İbrahim Tatlısesin özü kimi sənətçi qardaşı Hüseyn Tatlı onunla olan münasibətindən danışıb.

BAKU.WS xəbər verir ki, aparıcı Gökay Kalaycıoğlunun verilişinə qonaq olan Hüseyn, İbrahimin onu verdiyi evdən qovduğunu açıqlayıb:

"Mən İbrahim Tatlısesi atam olaraq gördüm. O həmişə istəyirdi ki biz dayanaq və ona ehtiyaclarımızı bildirək. O deyirdi ki bir bina tikdirəcəm və bütün nəsil-kökü bura köçürəcəyəm. 30 il keçdi. Lakin bu heç vaxt baş tutmadı. Onunla münasibətimin tamamilə kəsilməsinə səbəb, bizim ona ata gözü ilə baxdığımız halda, onun bizə övlad gözü ilə baxmamsı idi. Biz onun fədaisi idik. O konsertə girirdi, biz qapının yanında beləcə onu gözləyirdik. Evdən qovuldum. O İbrahim bəyə aid evlərdən biri idi. Mənə burdan çıxmağını bildirdi. Sonra Dilan zəng etdi ki, "Əmi mənim də ev sahibim narazılıq edir, mən o evə köçməliyəm. Dedim bir həftəyə çıxıram. Əşyalarımı çıxara bilməsəm də, özüm mütləq çıxacağam".

Ətraflı videoda:

Son xəbərlər