Hollivudun məşhur rejissoru ilə həyat yoldaşını oğlu öldürüb

Hollivudun məşhur rejissoru ilə həyat yoldaşını oğlu öldürüb
Video
Şou-biznes 194

Hollivudun məşhur rejissorlarından olan Rob Raynerlə həyat yoldaşı Mişel Sinqr Raynerin qatilinin öz oğulu olduğu ortaya çıxıb.

Hollivudun məşhur rejissoru ilə həyat yoldaşını oğlu öldürüb

BAKU.WS xəbər verir ki, film dünyasını yasa boğan bu xəbər evə təcili yardımın çağırılması ilə bilinib. Həkimlər cütlüyün yerdə bıçaqlanmış halda cansız bədənini aşkar ediblər.

Raynerin ailə üzvləri təcili olaraq istintaqa cəlb edilib.

Hollivudun məşhur rejissoru ilə həyat yoldaşını oğlu öldürüb

Polis qətli törətməkdə Rob Raynerin oğlu Nik Raynerdən şübhələnib. O əsas şübhəli olaraq saxlanılıb.

Dünya mətbuatında Nikin polislər tərəfindən qandallanaraq saxlanıldığı görüntüləri yayılıb.

Hollivudun məşhur rejissoru ilə həyat yoldaşını oğlu öldürüb

Hollivudun məşhur rejissoru ilə həyat yoldaşını oğlu öldürüb

O ata və anasının yaşadığı malikanədən 24 kilometr aralıda, Cənubi Kaliforniya Universitetinin yaxınlığında saxlanılıb.

Nik ilkin olaraq Los Anceles şəhəri mərkəzində yerləşən Parker Center həbsxanasına aparılıb.

Mənbələr bildirir ki, cinayətdən bir neçə gün əvvəl cütlük oğlu ilə birlikdə Konan Obraynın Yeni il qonaqlığına qatılıb.

Orada Nik ailəsi ilə mübahisə etməyə başlayıb və əsəbi halda məclisi tərk edib. Qonaqlıqdakı hamı onun qəribə hərəkətlər etdiyini vurğulayıb.

Son xəbərlər