Hip-hopun qurucularından Afrika Bambaataa vəfat edib
Hip-hop mədəniyyətinin əsas simalarından biri olan Afrika Bambaataa 68 yaşında xərçəng xəstəliyindən vəfat edib. Onun ölümünü Hip Hop Alliance təsdiqləyib.
BAKU.WS xəbər verir ki, Bambaataanın hip-hopun formalaşmasında mühüm rol oynadığı və "sülh, birlik, sevgi və əyləncə" prinsiplərinə əsaslanan mədəniyyətin yayılmasına töhfə verdiyi bildirilib.
Əsl adı Lans Taylor olan sənətçi Nyu-Yorkun Bronks bölgəsində doğulub və 1973-cü ildə Universal Zulu Nation hərəkatının yaradıcılarından biri olub. O, 1982-ci ildə yayımlanan "Planet Rock" mahnısı ilə dünya miqyasında tanınıb və hip-hopun inkişafında mühüm rol oynayıb.
Bununla yanaşı, son illərdə onun adı ilə bağlı irəli sürülən ittihamlar ictimaiyyətdə müzakirələrə səbəb olub. Buna baxmayaraq, Afrika Bambaataa hip-hop tarixində əsas fiqurlardan biri kimi yadda qalır.
Oxşar xəbərlər
İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib
Aktyor və rejissor Sermiyan Midyat müğənni İbrahim Tatlıseslə bağlı maraqlı etiraf edib. BAKU.WS xəbər verir ki, Midyat illər əvvəl silahlı hücuma məruz qalan T...