Həyat yoldaşının xəstəliyindən danışan İradə: "Mən nələr çəkmişəm!"

Həyat yoldaşının xəstəliyindən danışan İradə: Mən nələr çəkmişəm!
Video
Şou-biznes 157

Müğənni İradə İbrahimova şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, o "Söhbət var" verilişinə qonaq olarkən ilk dəfə həyat yoldaşı Ceyhun İzerin xəstəliyindən danışıb.

İradə onun "Kleine-Levin" sindromundan əziyyət çəkdiyini deyib:

"Ailə quranda həyat yoldaşımın "Kleine-Levin" sindromu var idi. Bu xəstəliyin dərmanı yoxdur. Dünyada 10 min insanda var. 3-4 gün yatırsan, amma ayılmırsan. Sonradan araşdırdım ki, bunun dərmanı belə icad edilməyib. Bir yaşdan sonra bədəndən çıxıb gedir. Sadəcə sindrom gələndə yatırsan, başqa yolu yoxdur. Üç gün, bir həftə yatanlar da var. Ceyhunla 2000-ci ildə tanış olduq, 2003-cü ildə isə sevgili olduq. Mənə elçi gəliblər, ailəmlə görüşəcəklər. Gəlib və hoteldə yatır. Düşündüm ki, yəqin evlənmək istəmir, ona görə də hoteldə yatır. Nə qədər yatdı ki, 29 yaşında ailə qurduq. Həkimlər bu diaqnozu qoyanda onun 1 ili qaldı. Biz nə qədər psixoloqa getdik. Hər il bizim belə bir problemimiz var idi. Hiss edirdi ki, sindrom gəldi: əlləri uyuşurdu, yuxulayırdı. Mən nələr çəkmişəm".

Son xəbərlər