"Həmişə mən danışanda atam tərini silirdi, birdən elə söz deyərəm, pərt olar" - VİDEO
07
okt
2019
18:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Həmişə mən danışanda atam tərini silirdi, birdən elə söz deyərəm, pərt olar". BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tapdıq "Hər şey daxil" proqramında söyləyib.Mərhum Xalq şairi İlyas Tapdığın qızı olan Ş.Tapdıq Türkiyənin keçmiş prezidenti Süleyman Demirelin müşaviri Namıq Kemal Zeybeklə bağlı xatirələrini danışıb:"Görüşlərin birində Namıq Kemal Zeybek soruşdu ki, nə oxuyacaqsan? Tanımırdı məni, bilmirdi kiməm, nəçiyəm. O, mənə sual verəndə atam həyəcanlandı. Uşaq idim, 26 yaş nədir ki? Dedim, "Səni bekleye, bekleye". Əlini masaya vurub dedi ki, bu çok zor şarkı. Orada bir boğaz yeri var, onu söyləsən, sənə TürkiyədəAtatürk adına dövlət konserti təşkil edəcəm. Bütün nazirlər, hətta Süleyman Demirel orada iştirak edəcək. Oxudum, çox bəyəndi.Ondan sonra söz verdiyi konserti təşkil etdi. Birinci hissədə atam çıxış etdi, ikinci hissədə mən oxudum. Konsertdən sonra bizi İstanbula istirahətə göndərdilər. 4 il məni orada saxladılar. Türkiyədə qalıb işləməyimi istəyirdilər".Aysel
Oxşar xəbərlər
Şəbnəm: "Mənim adım göz yaşı və faciədən qoyulub" - VİDEO
Hər dəfə adı ilə gündəmə gələn müğənni Şəbnəm Tapdıq yenə də adından danışıb.BAKU.WS xəbər verir ki, "Hər şey daxil" proqramında adının qoyulma tarixçəsindən sö...