Xoşqədəm göz yaşları ilə boşanmasından danışdı - VİDEO

09
apr
2019
15:33
Xoşqədəm Hidayətqızı efirdə boşanmasından danışıb.BAKU.WS xəbər verir ki, tanınmış aparıcı illər öncə yaşadıqlarını göz yaşları ilə xatırlayıb:"Atam dedi ki, ayrılacaqsan! Qeyd edim ki, nəsildən yeganə ayrılan mən idim, atamın istəyilə. Atam arxamca gəldi və dedi ki, uşağı onlara ver, səninlə gedəcəyik. O vaxt indiki kimi güclü deyildim, atamdan çox qorxurdum. Çox zəif idim. O qədər zəif idim ki, başıma vur, əlimdə nəyim varsa al. Hər kəs gəlib, üzümə bir söz deyirdi.Öncə atama "hə" dedim. Bir xeyli getmişdik, birdən geri qaçdım. Uşağımı qucağıma alıb dedim ki, mən getməyəcəm! Zaurumu kimsəyə vermərəm! Atama dedim, sən niyə mənim arxamca gəlmisən? Çünki mən sənin balanam. Bəs, mən niyə öz balamdan imtina edim?! Heç vaxt atamın göz yaşlarını unutmayacam. "Arxandayam, qızım",- dedi.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Hüseyn Dəryanın qızından ŞOK İDDİA: "Deyirlər ki, atamın oğlu yoxdur"
Mərhum repçi Hüseyn Dəryanın qızı Aişə "Bizimləsən" verilişinə üz tutub.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, o, H.Dəryanın Sona İbadova ilə evliliyindən...
