Cavanşir Məmmədov Orxanın kələklərini açıb-tökdü - VİDEO
18
okt
2018
12:25
Əməkdar artist Cavanşir Məmmədov ATV-nin "Bizimləsən" proqramında mərhum xalq artisti İlhamə Quliyeva ilə küskünlüyün səbəblərini açıqlayıb.BAKU.WS xəbər verir ki, onun baş verənlərdə mərhumun övladlığa götürdüyü Orxan Nadirovu günahlandırıb.Məmmədov hazırda dələduzluq üstündə həbs olunan Orxanın hərəkətlərindən danışıb:"İlhamə xanım təzə ev alanda Orxan qiymətini 350 minə danışmışdı. Mən tapmışdım evi. Həmin gecə mən toyda idim, özləri gedib evə baxdılar. Mənə zəng vurub dedi ki, evi 350 minə dedilər. Həmin vaxt 200 mini məndə idi, saxlamağa vermişdi. Bankda inflyasiyadan qorxduğu üçün çıxardıb mənə vermişdi. 150 min də özündə idi. Dedi, pul çatır, elə 350 minə alarıq. Dedim, darıxma evin sahibini tapaq. Getdim tapdım. Dedi, 350-yə deyirlər, amma aşağı etmək olar. Orxanla makler dedi ki, ev həll olub. Mən də İlhamə xanıma dedim ki, gözünüz məndə olsun, evin sahibi ilə danışmışam. Makler məni çəkdi kənara, arxasınca da Orxan gəldi. Dedi ki, ortada 30 min pul var, adama 10 min bölərik. Dedim, o pulu necə bölürsünüz, özünüz bilərsiz, amma o sizə çatmayacaq, mənə də lazım deyil. Orxana dedim ki, sən bu işə necə gedirsən? Dedi, mən yox, makler gedir".BAKU.WS
Oxşar xəbərlər
İlhamənin oğlu Orxan həyat yoldaşından ayrıldı (VİDEO)
Şou biznesin hegomon sənətkarı, mərhum xalq artisti İlhamə Quliyevanın ölümündən artıq 2 il keçsə də mirası ilə bağlı dava qırığın bitmir ki bitmir. BAKU.WS xəb...