“Şəbnəm Tapdıq deyir ki, adını Şəbnur, ya da Şəbtac qoy”
16
iyl
2019
17:59
Müğənni Şəbnəm Tovuzlu həmkarı Şəbnəm Tapdıq barədə danışıb. BAKU.WS lent.az-a istinadən verdiyi məlumata görə, ifaçı bildirib ki, Ş.Tapdıq ona mesaj yazaraq adını dəyişməsini istəyib:“Şəbnəm Tapdıq mənə deyir ki, adını Şəbnur, ya da Şəbtac qoy. Ona cavab qaytarım? Məndən böyükdür axı. Deyir ki, verilişlərə çıxanda aparıcı səni “Şəbnəm Tovuzlu” kimi yox, “Tovuzlu Şəbnəm” kimi təqdim etsinlər.Onu da başa düşə bilmirəm. Bunların fərqi nədir? Deyir ki, öncə “Şəbnəm” adı çəkilməsin. Mən də onun dediklərini edirəm. Onu çox istəyirəm. Adımdan imtina etmərəm. Bu, anamın xatirəsidir. Onun ruhu inciyər. Bu fikirlər məntiqsizdir. Hətta telefonuma da mesaj yazıb ki, adını dəyiş. O, özünə qarşı diqqət istəyir”.
Oxşar xəbərlər
Şəbnəm Tovuzlu sevgilisi ilə - FOTO
Müğənni Şəbnəm Tovuzlu həyat yoldaşının fotosunu paylaşıb.BAKU.WS xəbər verir ki, Şəbnəm Tovuzlu “İnstagram” səhifəsində maraqlı foto paylaşıb.Müğənni sosial şə...