“Sizi istəmirik” deyib, tanınmış müğənnini toydan qovdular
06
apr
2019
12:11
Xəzər televiziyasında Tarix Əliyevin təqdimatında yayımlanan "Hər şey daxil" verilişinin qonaqlarından biri müğənni Şəbnəm Qəhrəmanova olub. BAKU.WS azmedia.az-a istinadən xəbər ki, o, Şəbnəm Tapdıq ilə olan "ad" qalmaqalını xatırlayaraq başına gələn qəribə hadisəni danışıb: "Bir dəfə şou proqramların birində bir bəy mənə yaxınlaşaraq məni toya dəvət etdi, mən də razılaşdım. Toy günü gəlib çatdı və mən səhnəyə çıxanda sanki zalda bir çaxnaşma hiss etdim. Mahnını oxuyub bitirdikdən sonra bir nəfər mənə yaxınlaşaraq, "üzr istəyirik, amma biz sizi istəmirik, başqa Şəbnəmi demişdik"-dedi. Məni toya dəvət edən həmin adamı isə tapıb, pulumu ala bilmədim."Qeyd edək ki, ifaçının bundan əvvəl Şəbnəm Tapdıq ilə qalmaqalı baş tutumuşdu. Belə ki, Şəbnəm Tapdıq, bu adın Azərbaycanda ilk dəfə onda olduğunu iddia edərək, Şəbnəm Qəhrəmanova adını dəyişmədiyi təqdirdə onu məhkəməyə verəcəyi ilə hədələmişdi.BAKU.WS
Oxşar xəbərlər
Şəbnəm dəbdəbli ad günü keçirdi - həci mərasimə gəlmədi (VİDEO)
Müğənni Şəbnəm Tovuzlu Xəzər TV-də yayımlanan "Evdəkilərə Salam" verilişində qonaq olub. BAKU.WS xəbər verir ki, müğənni qonaq olduğu verilişdə şəxsi həyatından...