Hacı Şahinin oğurlanmış Facebook hesabı qaytarıldı
Hacı Şahin Həsənlinin 1 il əvvəl oğurlanmış Facebook səhifəsi geri qaytarılıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam cüməsi, ilahiyyatçı alim hacı Şahin Həsənlinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinin (https://www.facebook.com/HaciShahinHasanli/) oğrulanması ilə bağlı ictimaiyyətə açıqlama verilib.
BAKU.WS xəbər verir ki, müraciətdə qeyd edilir ki, 21 iyul 2015-ci il tarixində hacı Şahin Həsənlinin rəsmi Facebook səhifəsi bədxahlar tərəfindən oğurlanıb: "Səhifədə Azərbaycanda olan dini dözümlülük mühitinə ciddi zərbə vura biləcək təbliğat aparılır, dini zəmində qarşıdurmalara səbəb ola biləcək hərəkətlərə yol verilir və hacı Şahin Həsənlinin mövqeyini əks etdirməyən məlumatlar paylaşılırdı. Bu səbəbdən biz Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinə müraciət edərək səhifənin geri qaytarılmasına nail ola bildik. Bəlli olduğu kimi, səhifəyə hücüm edən şəxslər dini tematikaya aid digər resurslara da hücum etmiş və cəmiyyətimizin sabitliyinə zərbə vura biləcək hərəkətlərə yol veriblər. Bu səbəbdən, cinayətkarların qanunla cəzalanması və gələcəkdə dini zəmində münaqişələrin qarşısını almaq məqsədilə müvafiq dövlət qurumlarına müraciət olunub.
Öz növbəmizdə, operativ yardımlarına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elelktron Təhlükəsizlik Xidmətinin əməkdaşlarına, həmçinin də təxribatlara etinasız qaldıqları üçün izləyicilərimizə dərin təşəkkürümüzü bildiririk!"
QMİ rəsmisinin adından, həmçinin nəzərə çatdırılır ki, dövlət qurumları tərəfindən istintaq sona çatmayana kimi əlavə suallar cavablandırılmayacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bayram namazının vaxtı bəlli oldu
Ramazan bayramı namazı iyulun 6-da qılınacaq. Bu barədə ANS PRESS-ə Məşhədi-Dadaş məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi...