Günün ulduz falı - 5 yanvar

Günün ulduz falı - 5 yanvar
Şou-biznes 2254
BAKU.WS 5 yanvar tarixinin qoroskopunu təqdim edir: Qoç - əgər fəaliyyətlə bağlı ciddi bir işiniz yoxdursa, günün əsas hissəsini gəzinti və qonaqlıqlarda keçirin. Sevən aşiqlərsə mütləq görüşə çıxmağa çalışmalıdır. Daxili gücünüzə inamınızı azaltmayın.Buğa – qarşınızda ayın ən uğurlu günlərindən biri durur. Bu səbəbdən də verilmiş imkanlardan istifadə edin. Günün ilk yarısında qazanmaq ehtimalınız da var. Hər hansı düşmənçilikdən çəkinin.Əkizlər - təxminən saat 15-ə qədər ümumi ovqatınızda gərginlik müşahidə oluna bilər. Bu səbəbdən də həmin ərəfədə riskli işlərin həllini təxirə salın. Sonrakı müddət qismən sakit keçəcək. Güzəştə getməyi bacarın.Xərçəng - dünən axşamdan mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, rastlaşdığınız hadisələr ovqatınızın mənfi müstəviyə yönəlməsinə imkan verməyəcək. Yanvarın bütün planlarını məhz bu gün tutmalısınız.Şir - ulduzların düzümü şəxsi büdcənizi artırmaq üçün geniş imkanlarınızın olduğunu bəyan edir. Ələlxüsus da çoxdan bəri ala bilmədiyiniz məbləği əldə etmək üçün fəallaşmalısınız. Axşama maraqlı görüşləriniz mümkündür.Qız - son zamanlar az qala hamı fikirlərinizə qarşı çıxır. Lakin narahatçılığa heç bir əsas yoxdur. Çünki nahardan sonra hərəkətlərinizdə əsasən haqlı olduğunuzu çoxları hiss edəcək. Yeni ilə yeni güclə başlayın.Tərəzi – qarşınızda duran bu təqvim sizin üçün çox uğurlu keçməlidir. İstər əməkdaşlıq zəminində və işgüzar sövdələşmələrdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq.Əqrəb - çoxdan görüşmədiyiniz adamlarla rastlaşa bilərsiniz. Amma çalışın ki, onlara giley-güzardan yox, sevindirici məqamlardan danışasınız. İndi problemi danışmaqla həll etmirlər. Ümumiyyətlə, bu gün müdrik olun.Oxatan - əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki bu gün yeganə rahatlığı məhəbbətdə tapacaqsınız. Ünsiyyətdə olduğunuz digər insanlarla isə ciddi mübahisələriniz gözlənilir, xüsusən də həmkarlarınızla.Oğlaq – səhhətinizi kontrolda saxlasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Fəaliyyət zəminində isə bir neçə yeniliyin şahidi olacaqsınız. Yeni təkliflərlə razılaşın, təşəbbüskar olun.Dolça - bəri başdan yeni və sevindirici xəbərlərə hazır olun. Yaxın ünsiyyətdə olduğunuz şəxslərlə münasibətləri mülayimləşdirin. Dara düşən simsarlarınıza, dostlarınıza yardım əlinizi uzadın.Balıqlar - tanrının qüdrətini duymaq üçün gözəl vaxtdır. Tövbə etmək, nəzir vermək, xeyirxahlıq etmək, yaxud da sadəcə, ziyarətə getmək əsəblərinizi xeyli sakitləşdirə bilər. Bundan maksimum yararlanın.BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 27 dekabr

Günün ulduz falı - 27 dekabr

BAKU.WS 27 dekabr tarixinin qoroskopunu təqdim edir: ​​​​Qoç - qərarlarınızda qətiyyətli olsanız, hansısa ciddi maneəyə rast gəlməyəcəksiniz. Bu gün kimisə alda...

2797 Şou-biznes 00:00 27 dekabr 2018

Son xəbərlər