Günün ulduz falı - 11 dekabr

Günün ulduz falı - 11 dekabr
Şou-biznes 2170
BAKU.WS 11 dekabr tarixinin qoroskopunu təqdim edir:Qoç - hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərə çıxmaq olar.Buğa - ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.Əkizlər - iş yoldaşlırınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, Yaradan xatirinə təmkin göstərib neytrallığınızı qorumağa çalışın.Xərçəng - göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var.Şir - o qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlərdə ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.Qız - ulduzların düzümü riskdən uzaq olmağı tövsiyə edir. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.Tərəzi - aAilə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. İşlə bağlı məsuliyyətinizi dərk edin.Əqrəb - himayədarınız olan Yupiterin aktivləşməsi sizlərdə dini-mistik dəyərlər aşılayacaq. Bu səbəbdən də Tanrıya zidd olan addımlar atmamalısınız. Yaxşı olar ki, müqəddəs ocaqlara gedəsiniz.Oxatan - yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsinə xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.Oğlaq - təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. Müştərək fəaliyyətdən uzaq olun.Dolça - bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər qalan işlərinizin normal olacağını bildirir. Pul məsələlərində isə ehtiyatlı olun.Balıqlar - fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən makismum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 8 dekabr

Günün ulduz falı - 8 dekabr

BAKU.WS 8 dekabr tarixinin qoroskopunu təqdim edir:Qoç - lovğalıq, özündənrazılıq və hər şeyə qərəzli yanaşmaq sizə başucalığı gətirən deyil. Odur ki, ətrafda o...

3148 Şou-biznes 00:00 08 dekabr 2018

Son xəbərlər