İlk iş gününün ulduz falı - 3 dekabr

03
dek
2018
00:01
BAKU.WS 3 dekabr tarixinin qoroskopunu təqdim edir:Qoç - İlk növbədə şəxsi büdcənizin durumunu dirçəltməyə çalışın. Çünki indiki məqamda problemlərinizin az qala hamısı pula bağlıdır. Əgər planlaşdırmısınızsa, səfərə çıxa bilərsiniz.Buğa - Günün ilk yarısında bir qədər pərişanlığınız gözlənilir. İnsanlara münasibətinizi dəyişin. İşlə bağlı gözləntiləriniz müsbət nəticə verməlidir. Digər yeniliklər də gözlənilir.Əkizlər - Qarşınızda bir qədər gərgin gün durduğundan bacardığınız qədər təmkin nümayiş etdirməlisiniz. Ailədaxili problemlərinizin həllinə çalışın, onlarla birlikdə əylənməyə çalışın.Xərçəng - Maraqlı və zövqlü bir gün yaşayacaqsınız. Sizi dəstəkləyənlər də çoxalacaq. Xeyirxah əməllərinizin sayını artırın. Təxminən saat 16-dan etibarən fəaliyyətinizdə dönüş olmalıdır.Şir - Göy qübbəsi məsləhət görür ki, nahara qədər enerjinizi dağıtmayasınız. Çünki sonrakı müddətdə bir neçə istiqamətdə fəallaşacağınız gözlənilir. Axşam riskli görüşlərə razılıq verməyin.Qız - Ulduzlar məsləhət görür ki, gün ərzində özünüzü çox yormayasınız. Vaxt tapıb qohum-əqrəbanıza da baş çəkin. Günün ikinci yarısında işgüzar sövdələşmələrə başlamaq uğurlu nəticə verəcək.Tərəzi - Yalnız münasibətləri düzəltmək baxımından uğurlu gündür. Bu səbəbdən fəaliyyətə çox da aludə olmayın. Vəziyyəti dirçəltmək üçün ilk növbədə ailədən başlayın. Onların könlünü alın.Əqrəb - İşlə bağlı aktivliyinizi artırın. Aldığınız hər bir tapşırığı ləyaqətlə icra edin. İnsanlara elə münasibət göstərin ki, qoy sizə güvənənlər daha da etibar etsin. Əks cinslərə qarşı kobud olmayın.Oxatan - Səhhətinizin qayğısına qalsanız, gün ərzində digər xoşagəlməzliklərlə rastlaşmayacaqsınız. Xüsusən də nəqliyyatda ehtiyatlı olmalısınız. Tanımadığınız adamlarla təmasa girməyin.Oğlaq - Qarşınızda xoş bir gün durub. Qarşılıqlı münasibətlərdə mövcud olan kəm-kəsirlər xeyli yumşalacaq. Yüksək çinli adamlarla görüşləriniz perspektivlərinizi reallığa yaxınlaşdıracaq.Dolça - Maliyyə çətinliyiniz olsa da, bu tarixi sıxıntı için də başa vurmayacaqsınız. Əksinə, qarşınıza çıxan insanlar sizə böyük ümidlər verəcək. Dəyərli məsləhətləri eşitməyə hazır olun.Balıqlar - Dünəndən mənfi yüklü Ay bürcünüzə daxil olduğu üçün nəzərdə tutduğunuz işlərin həyata keçməsində əngəl ola bilər. Qətiyyətinizi azaltmayın. Bu gün maddi durumunuzda irəliləyiş olsa da, səhhətinizi də qorumalısınız.BAKU.WS
Oxşar xəbərlər
Bazar gününün ulduz falı - 2 dekabr
BAKU.WS 2 dekabr tarixinin qoroskopunu təqdim edir:Qoç - ixtiyarınızda olan bu təqvimdə sizin üçün günün birinci yarısı daha uğurlu olacaq. Çoxdan gözlədiyiniz...
