Günün ulduz falı - 29 noyabr

Günün ulduz falı - 29 noyabr
Şou-biznes 1926
BAKU.WS 29 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - təşəbbüskarlığı ələ ala bilsəniz, heç bir məyusluqla üzləşməyəcəksiniz. Özünüzü qürurlu aparın. Yeni əlaqələr karyeranızda böyük təkan yarada bilər. Xırdaçılığa meyl etməyin.Buğa - kənar təsirlərə məruz qalacağınızı bildirən Göy qübbəsi özünüzü ələ almağı, şayiələrə uymamağı məsləhət görür. Zəif insanların inamından sui-istifadə etməyiniz böyük günahdır. Axşam qonaq gedin.Əkizlər - fəaliyyət göstərdiyiniz müəssisələrdə təmkininizi qorumağa çalışın. Hətta haqsız addımların şahidi olsanız belə, cavab tədbirlərini sonraya saxlayın. Mübahisə sizə uğur gətirməyəcək. Xərçəng – təzadlı gün olsa da, hansısa uğursuzluqla qarşılaşmayacaqsınız. Çünki psixoloji dəyanətiniz buna imkan verməyəcək. Rəqiblərinizə qarşı üzüyumşaqlılıq nümayiş etdirməyin.Şir - əməkdaşlıq zəminində uğurlu gün olsa da, təcrübəsizlik göstərib müvəffəqiyyətdən uzaq ola bilərsiniz. Odur ki, lazımi adamlardan məsləhət almağı unutmayın. Axşamı öz evinizdə keçirin.Qız - öhdənizdə olan bu təqvimdən hansısa uğur gözləməyiniz əbəsdir. Ən azı ona görə ki, həftənin ən passiv gününü yaşayacaqsınız. Odur ki, başınızı adi işlərlə qatmağa çalışın.Tərəzi - Bu gün hansısa perspektivli iş görəcəyiniz inandırıcı deyil. Astroloji göstəricilər yalnız gözləmə mövqeyində durmağınızı məsləhət görür. Saat 17-19 arası hər bir məsələdə ehtiyatlı olun.Əqrəb - Gecədən bəri Ayın bürcünüzdə olması fikirlərinizdə çaşqınlıq yarada bilər. Bunu anladığınız təqdirdə bütün ciddi işləri təxirə salmalısınız. Qida rejiminizə fikir verin. Uzaq yola çıxmayın.Oxatan - Risk etmək olmaz. Əks təqdirdə bütün proseslər əleyhinizə işləyəcək. Xüsusən də pul və sənədləşdirmə məsələlərində ayıq-sayıqlığınızı artırın. Yalnız adi işlə məşğul olun.Oğlaq - Həddindən ziyadə uğurlu gündür. Göy qübbəsi qarşınıza bir neçə sürpriz çıxaracaq. Buna hazır olun. İştirakçısı olduğunuz bütün sövdələşmələr əhəmiyyətli olacaq. Axşam qonaqlıq gözlənilir.Dolça – Planetiniz olan Yupiterin aktivlik nöqtəsinə çatması sizi bir neçə uğurlu hadisə ilə rastlaşdıracaq. Darıxdığınız adamlardan bir neçəsini görəcək, təzə xəbərlər eşidəcəksiniz.Balıqlar – "Özüm hər şeyi bilirəm" fikrinə aludə olmaqla ətrafda özünüzə qarşı ikrah oyada bilərsiniz. Bir qədər xoşrəftar olun. Təmasda olduğunuz şəxslərlə aranızda nəzakət tellərini artırın.BAKU.WS

Oxşar xəbərlər

İlk iş gününün ulduz falı - 26 noyabr

İlk iş gününün ulduz falı - 26 noyabr

BAKU.WS 26 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - günün ilk yarısı əməkdaşlıq zəminində uğurlu gedişlərə nail olmaq üçün çox səmərəlidir. Aldığınız hər...

2994 Şou-biznes 00:02 26 noyabr 2018

Son xəbərlər