Cümə gününün ulduz falı - 10.08.2018

Cümə gününün ulduz falı - 10.08.2018
Şou-biznes 3310
BAKU.WS cümə gününün ulduz falını təqdim edir:Qoç - Gün perspektiv vəd edir. Görüş, ünsiyyət, yazışma və müzakirələr üçün uğurlu zamandır. Təmasları saf-çürük edin, münasibətləri tənzimləyin. Diqqətinizə ehtiyacı olan insanlarla, xüsusilə də ailə üzvləri ilə aktiv təmasda olun. Səhhətinizə fikir verin. Həddən ziyadə çalışaraq özünüzü yormayın.Buğa - Təmkinli və səbrli davranış bir sıra ağır situasiyalardan çıxış yolunu tapmağa təkan verəcək. Anlaşma, razılaşma və kompromislərə üstünlük verin. Enerjiniz və emosiyalarınız çoxdur. Bu səbəbdən də ünsiyyət çevrənizi axşam saatlarında yanlış seçməyin.Münasib şəraiti, əlverişli çevrəni seçin.Əkizlər - Ehtiyatlı və diqqətli olmanız tələb olunur. Bu gün xəsarət ehtimalı daha çoxdur. Çalışın heç bir işdə aktivlik nümayiş etdirməyin. Şəxsi münasibətləri qaydasına salın. Mübahisə və münaqişələr sizin xeyrinizə birməyəcək.Xərçəng - Ulduzların uğurlu düzülüşü bu gün sizə bütün işlərdən xeyir götürməyə imkan verəcək. Şansınız artır, bundan əvvəl reallaşdırmaqda çətinlik çəkdiyiniz arzunuzu asanlıqla həyata keçirəcəksiz.Şir - Ulduzlar məsləhət görür ki, bu gün daha səbrli olun. Yaranmış vəziyyətdən yalnız belə yan keçə bilərsiz. Ağır fiziki əmək məsləhət deyil. Özünüzü yalnız doğmaların və dostların əhatəsində komfortlu hiss edəcəksiz. Qız - Çox pozitiv gündür. Bütün səyləriniz uğurla nəticələnəcək. Hətta yaranmış xırda-para problemlər sizin kefinizi pozmayacaq. Biznesmenlərə investisiya qoyuluşu məsləhət görülmür. Ən yaxşısı yeni layihələrə başlamayın. Ulduzlar şəxsi həyatınızda yalnız xoşbəxt dəqiqələr vəd edir.Tərəzi - Rəngarəng gündür. İşgüzar insanlara sərfəli təklif edilə bilər, buna görə də müvəqqəti kiçik çətinliklər üzündən ondan imtina etməyin. Qətiyyətli olun. Özünüzü çox yormayın, riskli fiziki işlərdən uzaq olun. Macəra axtarmağın zamanı deyil. İmkan tapsanız dincəlin. Özünüzü unutmayın!Əqrəb - Müdriklik nümayiş etdirin, yalnız bu yolla düşünülməmiş adddımlardan qaça bilərsiz. Günü sakit ailə şəraitində keçirin. Təkəbbürdən və qısqanclıqdan uzaq olsanız, həm şəxsi, həm də işgüzar sahələrdə hormoniya gözlənilir. Öz yükünüzü tərəf müqabilinizin çiyninə yükləməyin. Oğlaq - Təzadlı gündür. Bir tərəfdən günün mənfi tendensiyası kefinizi pozacaq, digər tərəfdən isə vəziyyəti yaxşılığa doğru dəyişə biləcəksiz. Sağlamlığınıza diqqət edin, profilaktika ilə məşğul olun. Narahat həyat tərzi, işlərin çoxluğu həyat enerjinizi azaldacaq. Dolça - Uğurlu gündür. Məqsədlərinə çatmaq üçün şansınız gətirəcək. İşgüzar və ya şəxsi həyatda bütün məsələlər sizin xeyrinizə nəticələnək. Ünsiyyətlərdə təmkin nümayiş etdirin, sizi özünüzdən çıxarmaq istəyənlərə rəvac verməyin. Qısqanclıq sevdiyiniz insanla münasibətlərinə xələl gətirməyəcək, əksinə daha da möhkəmlənəcək.Balıqlar - Qarışıq gündür. Günün birinci yarısında xoş xəbərlər sizi sevindirəcək. İkinci yarısında isə işlərin çoxluğundan başınızı itirəcəksiz. Həftənin son günləridir, gücünüz azalıb.Narahat olmayın, irəlidə iki gün gözəl istirahət sizi gözləyir. BAKU.WS

Oxşar xəbərlər

Cümə axşamının ulduz falı - 9 avqust

Cümə axşamının ulduz falı - 9 avqust

BAKU.WS bu günün - 9 avqust tarixinin ulduz falını təqdim edir:Qoç - Məhsuldar gündür. Bəxt üzünüzə güləcək. Kollektivdə sizə ağır iş həvalə ediləcək və siz bu...

3042 Şou-biznes 00:05 09 avqust 2018

Son xəbərlər