Ulduz falı: Şənbə günü bürcləri nə gözləyir?

Ulduz falı: Şənbə günü bürcləri nə gözləyir?
Şou-biznes 3288
BAKU.WS şənbənin gününün - 14 iyul tarixinin ulduz falını təqdim edir:QOÇ - Uğurlu gündür. Bu gün istənilən imkanlardan istifadə edib maddi və ya şəxsi həyatınızı yaxşılığa doğru dəyişə bilərsiz. Səbr və təmkin nümayiş etdirsəniz daha çox qazanacaqsız.BUĞA - Düşünmək, mənəvi təmizlənmək zamanıdır. Ətrafdakılarla çox ünsiyyətə girməyin. Bu günü idmana, gəzintiyə, istirahətə həsr edin.ƏKİZLƏR - Həyat enerjiniz aşağı düşüb, aktivlik göstərməyin. İşdə diqqətli olun, həmkarlarınızla ünsiyyətdə təmkinli davranın. Heç kimin sizinlə işi yoxdur, siz də bir küncə çəkilib günü başa vurun.XƏRÇƏNG - Planlarınız dəyişə bilər. Bu gün daha sakit olun. Başınızı itirməyin. Baş verənləri analiz edin. Siz həmişə haqlı ola bilməzsiz. Bu mümkün deyil.ŞİR - Gözəl gündür. Dostlarla ünsiyyət qurun, qonaq gedin. Bir sözlə, əylənin. Uşaqlara diqqət yetirin; sizin qayğınızla həll olunacaq problemləri yarana bilər. Ailə münasibətlərini önəmsəyin. QIZ - Əyləncəli gündür. Səyahət və gəzinti üçün hazırlığa başlaya bilərsiz. İstənilən işdə şansınız gətirəcək. Hadisələrin gedişatını öz xeyrinizə dəyişə biləcəksiz.TƏRƏZİ - Aktiv gündür. Fiziki işlə, idmanla məşğul ola bilərsiz. Dostlarla kollektiv əyləncənin tam zamanıdır. Enerjiniz yetərincədir, axşamı da səsli-küylü məclisdə keçirə bilərsiz.ƏQRƏB - Ehtiyatlı və diqqətli olmanız tələb olunur. Bu gün xəsarət ehtimalı daha çoxdur. Çalışın heç bir işdə aktivlik nümayiş etdirməyin. Şəxsi münasibətləri qaydasına salın. Mübahisə və münaqişələr sizin xeyrinizə birməyəcək.OXATAN - Ulduzların uğurlu düzülüşü bu gün sizə bütün işlərdən xeyir götürməyə imkan verəcək. Şansınız artır, bundan əvvəl reallaşdırmaqda çətinlik çəkdiyiniz arzunuzu asanlıqla həyata keçirəcəksiz.OĞLAQ - Təhlükəli gündür. Hərəkətlərinizə görə cavabdehlik daşıyacaqsız. Səsli-küylü içki məclislərindən uzaq olun. Günün ikinci yarısı enerjiniz azalacaq. Axşam saatlarını istirahətə həsr edin.DOLÇA - Gərgin gündür. Daxili azadlığınızı və prinsiplərinizi müdafiəsi önə çıxacaq. Həyat sizə xoş sürprizlər hazırlayır. Şəxsi və iş həyatınızda irəliləyiş gözlənilir. BALIQLAR - Həftənin sonu sizə pozitiv bəxş edəcək. Bu gün sizi sevən insanlarla əhatələnəcəksiz. İşgüzar və şəxsi görüşlər uğurla nəticələnəcək. BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 11.07.2018

Günün ulduz falı - 11.07.2018

BAKU.WS bu günün - 11.07.2018 tarixinin ulduz falını təqdim edir:QOÇ - Bu günü özünüzü bütünlüklə işə sərf edin. Zəhmətinizin nəticəsini tezliklə görəcəksiz. Mə...

2822 Şou-biznes 00:01 11 iyul 2018

Son xəbərlər