Günün ulduz falı - 22 dekabr

Günün ulduz falı - 22 dekabr
Şou-biznes 2198
BAKU.WS 22 dekabr tarixinin qoroskopunu təqdim edir: Qoç - hər hansı fəaliyyət üçün qənaətbəxş vaxt olmadığından bu təqvimi daha çox istirahətə həsr etməyiniz məsləhətdir. Əgər ovqatınız imkan versə, yaxınlarınıza baş çəkməyə çalışın. Buğa - səhhətinizi qoruyun ki, bu təqvimi xoş ovqatda keçirəsiniz. Ələlxüsus da əzələlərinizə diqqət yetirin. Günün ikinci yarısında perspektivli görüşlər və pul gözlənilir.Əkizlər - dekabr ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. İkitərəfli əməkdaşlıqda, maliyyə məsələlərində hər şey ürəyinizcə olacaq. Amma sevdiyinizə qarşı mülayimlik göstərməlisiniz.Xərçəng - yaxşı olar ki, bu təqvimdə əsas diqqətinizi sevgi amilinə yönəldəsiniz. Bu, rahatlığınızı təmin etməklə bahəm, növbəti günlər üçün də sevindirici məqamlarla üzləşəcəyinizə təminat verəcək.Şir - hər mənada uğurlu bir gün yaşayacaqsınız. Bir tərəfdən iştirakçısı olduğunuz proseslərin ahəngdarlığı, digər tərəfdənsə şəxsi işlərinizdə dönüş yaranması ovqatınızı xeyli yüksəldəcək.Qız - aldanma ehtimalınız var. Bu səbəbdən də bələd olmadığınız insanların sözlərilə oturub-durmayın. Yarımçıq işlərinizi yekunlaşdırın. Nahardan sonra səhhətinizin qayğısına qalın.Tərəzi - qarşınızda səmərəli bir gün durur. Xoşxasiyyət adamlarla rastlaşacaqsınız. Bu, gələcək planlarınızın reallaşmasına kömək göstərə bilər. Müqəddəs ziyarətgahlara getməyi də unutmayın.Əqrəb - astroloji göstəricilər ciddi işlərlə məşğul olmağınızı tövsiyə edir. Maliyyə durumunuzun düzəlməsinə az qaldığı üçün usanmamalısınız. Kənar təsirlərə isə qətiyyən aludə olmayın. Oxatan - hazırkı enerjinizi mövcud reallıqdan çıxış yolu tapmağa həsr edin. Qəlbiqara adamlarla ünsiyyəti azaltmağa çalışın. Daha çox öz qərarınızla hərəkət edin. Boş yerə pul xərcləməyin.Oğlaq - risk etmək məcburiyyətində qaldığınız güman olunur. Belə məqamlarda tərəddüd etməyiniz yersizdir. Əmin olun ki, cəsarətiniz hesabına çox şeyə nail ola bilərsiniz. Dolça - gözləmədiyiniz halda sizə dəstək verilə bilər. Bunun üçün aktivliyinizi birə-beş artırmalı, daxili süstlüyə qapılmamalısınız. Günün ikinci yarısında mərhumlarınızı yad edin.Balıqlar - yeni əlaqələr yaratmaq, görüşlər təşkil etmək və gələcək planları yenidən götür-qoy etmək üçün şanslarınız artacaq. Nahar ərəfəsində isə xoş təsadüflərlə rastlaşa bilərsiniz.BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 20 dekabr

Günün ulduz falı - 20 dekabr

BAKU.WS 20 dekabr tarixinin qoroskopunu təqdim edir: Qoç - belə bir gündə evdə oturmağa lüzum yoxdur. Əksinə, aktivliyinizi artırmalısınız. Ulduzlar bəyan edir...

2763 Şou-biznes 00:03 20 dekabr 2018

Son xəbərlər