Günün ulduz falı - 5 dekabr

05
dek
2018
00:00
BAKU.WS 5 dekabr tarixinin qoroskopunu təqdim edir:Qoç - işgüzar sövdələşmələri başa çatdırmaq, yeni layihələri reallaşdırmaq üçün günün şanslarından istifadə edin. Amma hər bir söhbətdə qarşı tərəfi sonacan dinləyib sonra qərar verin.Buğa - müqəddəs dinimizin ənənələrinə hörmətlə yanaşın, hamıya mərhəmət göstərin, xüsusən də sıx təmasda olduğunuz insanlara. O ki qaldı maliyyə durumuna, bu barədə narahat olmayacaqsınız.Əkizlər - ünsiyyətdə olduğunuz hər kəsin hörmətini qazanmağa çalışın. Kosmik durumun xeyrinizə tənzimlənməsi yarımçıq işlərin həllini sürətləndirməyi tələb edir. Dinə zidd addım atmayın.Xərçəng - fəaliyyətdən daha çox qarşılıqlı münasibətlərə vaxt ayırın. Əgər deyilən istiqamətdə boşluq varsa, tələsin. Savab işlər görün. Vaxt tapıb müqəddəs ziyarətgahlara da getmək olar. Şir - ixtiyarınızda olan bu təqvimdə fəaliyyətə ara verib tamam fərqli zəmində iş aparmalısınız. Məhəbbət və qohumluq əlaqələrinə də vaxt ayırın. Gün ərzində maraqlı tanışlıqlar da gözlənilir.Qız - həmkarlarınızla davranışları məcrasından çıxarmasanız, gün ərzində hansısa qanqaraçılığı ilə üzləşməyəcəksiniz. Pulla bağlı narahatçılığınız da qismən səngiyəcək.Tərəzi - daxili səsiniz qətiyyətli olmağı tələb edirsə, yalnız irəli atılın. Əmin olun ki, şanslar özü gəlib sizi tapacaq. Yaşlı doğmalarınızın fikirlərinə də hörmətlə yanaşın. Uzaq səfərləri təxirə salın.Əqrəb - təxminən saat 13-ə qədər praktiki cəhətdən hər hansı yenilik gözlənilməsə də, sonrakı müddətdə vəziyyətin tam fərqli olacağına inana bilərsiniz. Ürəyinizdəki şübhələri qovun.Oxatan - daxili stresslərinizin çoxalması ətrafda olan hər şeyə narazılığınızı artırıb. Amma bunun yaxşı sonu olmadığı üçün bir qədər genişürəkli olun. Ümidinizi insanlara deyil, Allaha bağlayın.Oğlaq - diş və ya baş ağrılarına mübtəla olmamısınızsa, günün ümumi mənzərəsi sizi qane edəcək. Məhəbbət amilinə isə yalnız söz kimi yanaşmayın. Uzaq olmayan ünvanlara qonaq getmək olar.Dolça - ulduzlar ötən günlərdə hamıdan çox yorulduğunuzu bəyan edir. Bu səbəbdən də bu günü istirahətə həsr etməyə çalışın. Əyləncə və qonaqlıqlara vaxt ayırın ki, yorğunluğunuz getsin. Balıqlar - ötən günlərin gərginliyi nahara qədər davam etsə də, təmkinli olmaqla bu müddəti itkisiz başa vura bilərsiniz. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Ehtiyac sahiblərinə baş çəkin.BAKU.WS
Oxşar xəbərlər
İlk iş gününün ulduz falı - 3 dekabr
BAKU.WS 3 dekabr tarixinin qoroskopunu təqdim edir:Qoç - İlk növbədə şəxsi büdcənizin durumunu dirçəltməyə çalışın. Çünki indiki məqamda problemlərinizin az qal...
