Günün ulduz falı - 21 noyabr

Günün ulduz falı - 21 noyabr
Şou-biznes 3117
BAKU.WS 21 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - qarşınızda duran bu təqvim həyatınızda mövcud olan kompleks problemlərin həll olunmasına xidmət edəcək. Amma ilk növbədə tərəfdaşlarınızla sivil qaydada davranmalısınız.Buğa - ulduzlar şəxsi büdcəni artırmaq üçün uğurlar vəd etsə də, qərəzli sövdələşmələrə zəmin yaradacağınızdan narahatdır. İndi sizə reallığı nəzərə almaq ən vacib məsələdir.Əkizlər - tanrı ixtiyarınıza elə bir gün verib ki, xeyli məmnun qalacaqsınız. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə xoş ovqat qazanacaqsınız. Bədxərclik etməyin.Xərçəng - yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə qeyri-adi hansısa addımı atmayıb adi işlərlə məşğul olasınız. Onsuz da əvvəlcədən planlaşdırdığınız işlər bu gün reallaşmayacaq.Şir - əgər öz güc və potensialınıza inanırsınızsa, boş dayanmayın. Məqsədinizə gedən yolda dayanmadan irəliləyin. Əmin olun ki, bu istiqamətdə etibarlı dostlarınızdan dəstək alacaqsınız.Qız - mistik deyimlərə əhəmiyyət verməkdənsə, Allahın adını uca tutub hərəkət edin. Əgər özünüzə əminsinizsə, bu təqvimdə böyük işlər görə biləcəksiniz. Duyğularınızı məhəbbətə həsr edin.Tərəzi - çoxdan görmədiyiniz doğma və yaxınlarınızla görüşmək üçün bu təqvimdən yararlanmağa çalışın. Onsuz da təbiətin durumu fəaliyyətdə hər hansı yeniliyə çatmağa imkan verməyəcək.Əqrəb - beyninizdə ilişib qalan arzularınızı tədricən reallaşdırmağa başlayacaqsınız. Bu istiqamətdə nüfuzlu və təcrübəli insanların köməyindən yararlanın. Büdcənizdə artım gözlənilir.Oxatan - ulduzlar daha çox romantik duyğulara qərq olmağınızı tövsiyə edir. Çünki ətrafınızda bədxah adamların olması hələ dünyamızın pis olmasına dəlalət etmir. Tanrıya sığının.Oğlaq - yaxşı olar ki, günün ilk yarısında neytrallığınızı qoruyasınız. Ələlxüsus da qarşılıqlı münasibətlərdə təmkinli olmalısınız. Nahardan sonra iş prinsipində uğurlarınız başlamalıdır.Dolça - ümumi orqanizminizdə aktivliyin azalması gözlənilir. Bu səbəbdən sağlamlığınızı qoruyun ki, günün uğurlarını özünüzə yaxınlaşdıra biləsiniz. Yeni təkliflərə razılıq verin.Balıqlar - rastlaşdığınız situasiyaların mürəkkəbliyi qərar çıxarmağınıza mane ola bilər. Odur ki, hər bir qərarı verərkən reallığı nəzərə alın. Bunu bacarsanız, hər şeydən razı qalacaqsınız.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlk iş gününün ulduz falı - 19 noyabr

İlk iş gününün ulduz falı - 19 noyabr

BAKU.WS 19 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç – müqəddəs hədəfləriniz var, amma onlara yetişmək üçün lazımi addımlar ata bilmirsiniz. Məhz bu proqnozu...

2121 Şou-biznes 00:00 19 noyabr 2018

Son xəbərlər