İlk iş gününün ulduz falı - 19 noyabr

İlk iş gününün ulduz falı - 19 noyabr
Şou-biznes 2121
BAKU.WS 19 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç – müqəddəs hədəfləriniz var, amma onlara yetişmək üçün lazımi addımlar ata bilmirsiniz. Məhz bu proqnozu oxuduğunuz andan etibarən hərəkətə keçin, Tanrı yardımçınız olar, inşallah.Buğa - qohumluq müstəvisində qərəzli addımlara yol verməyin. Əks təqdirdə təklənə bilərsiniz. Mərhəmətli olun və çalışın ki, rəğbət qazanasınız. Yersiz tələbkarlığınızı minimuma endirin.Əkizlər - tərəddüdlərinizi dəf etmək üçün təcrübəli adamlarla məsləhətləşmələr aparın. Bu gün pul məsələlərini, uzaq səfərləri təxirə salın. Ailə-sevgi münasibətlərini arxa plana keçirməyin.Xərçəng – əsəblərinizi sakitləşdirmək, daxili harmoniyanızı bərpa etmək üçün bütün gücünüzü səfərbər edin. İnsanları özünüzdən uzaqlaşdıran addımlar atmayın. Vaxtınızı sevgiyə sərf edin.Şir - öhdəlikləriniz çoxaldığından bu təqvimi bir qədər yorğun şəkildə başa vuracaqsınız. Amma nəticənin səmərəsini göz önünə gətirib təmkinli olmalısınız. Axşam maraqlı görüşlər gözlənilir.Qız - özünüzdə yarımçıq işlər bol olduğu halda, başqalarına əlavə problemlər yaratmayın. Quranda deyildiyi kimi, ya xeyirxah söz deyin, ya da susun. Bütün bunlar düşünməyiniz üçündür.Tərəzi - qarşılıqlı münasibətlərdə uğurlu gedişlər edəcəyiniz gözlənilir. Bu, gələcək işləriniz üçün dönüş ola bilər. Şəxsi büdcənizi artırmaq üçün əhəmiyyətli görüşləriniz də mümkündür.Əqrəb - maraqlı bir gün yaşayacaqsınız. Əgər dinə, adət-ənənəyə zidd hərəkətlərə yol verməsəniz, ovqatınız yüksək olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şansınız olacaq.Oxatan – həyatınızın həssas məqamı yetişməkdədir. Hər addımı ölçülü-biçili atın ki, uduzmayasınız. Hər şeydən öncə qarşılıqlı münasibətlərə fikir verin. Məsuliyyətinizi hiss edin.Oğlaq - nə qədər ki öz bürcünüz "hakimdir", ətrafınızda layiqli tərəfdaşlar toplamağa çalışın. Bu, perspektivlərinizə yetişməkdə xeyli irəliləyiş yarada bilər. Təşəbbüskarlığı əldə saxlayın.Dolça - dünən axşamdan bəd enerjili Ay bürcünüzdə olduğundan qida rasionunuza qeyri-ənənəvi təamlar əlavə etməyin. Nahardan sonra maraqlı adamlarla görüşləriniz mümkündür.Balıqlar - qarşınızda böyük işlər durur. Onların öhdəsindən gəlmək üçün daxili sabitliyinizi bərpa etməlisiniz. İşgüzar görüşlərinizi intensivləşdirin. Yaşca böyük doğmalarınızın qayğısına qalın.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlk iş gününün ulduz falı - 12 noyabr

İlk iş gününün ulduz falı - 12 noyabr

BAKU.WS 12 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç – dünəndən Ay bürcünüzdə olsa da, bunun nəzərdə tutduğunuz işlərin həyata keçməsinə maneçiliyi olmayacaq...

2671 Şou-biznes 00:02 12 noyabr 2018

Son xəbərlər