Günün ulduz falı - 4 fevral

Günün ulduz falı - 4 fevral
Şou-biznes 2693
BAKU.WS 4 fevral tarixinin qoroskopunu təqdim edir:Qoç - sakit bir təqvim yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Əgər maddi imkanınız yol versə, səfərə çıxmaq olar.Buğa - astroloji göstəricilər yalnız saat 12-yə qədərki vaxtı gərginlik içində başa vuracağınızı bildirir. Həmin zamanda maksimum ehtiyatlı olmalısınız. Qalan saatlarda isə çox şey ürəyinizcə olacaq. Əkizlər - ilk iş saatları passiv başlasa da, nahara yaxın nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşmağa başlayacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayasınız. Xərçəng - səhhətinizi qoruya bilsəniz, gün ərzində heç bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin. Şir – yaxşı olar ki, gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldəsiniz. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Büdcənizlə bağlı irəliləyişlər də gözlənilir.Qız - adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma iqlim dəyişkənliyi daxili orqanlarınızda (ələlxüsus da böyrək və yoğun bağırsaqda) yüngül ağrılar yarada bilər. Tərəzi – saat 14-ə qədər əsəblərinizi cilovlaya bilsəniz, qalan saatlarda heç bir narahatçılığınız olmayacaq. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyəti aktivliyinizdən asılı olaraq aradan qalxacaq.Əqrəb - ümumən gərgin gün olsa da, özünüzü cilovlamağı bacaracaqsınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Səfərə çıxmayın.Oxatan - bəxtinizə təzadlı bir gün düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atmalısınız.Oğlaq - əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki indi - planetiniz olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzunmüddətli kasıbçılıq gözləyə bilər. Dolça - bəri başdan nəzərdə saxlayın ki, ixtiyarınızda olan bu gün bürcünüzün ən aktiv dövrünə çevriləcək. Hansısa uğursuzluq haqqında düşünməyə lüzum yoxdur. Əksinə, uğurların astanasına yetişəcəksiniz. Balıqlar - ilk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çox olsa da, özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Yeni sövdələşmələr üçün ideal vaxtdır.BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 6 yanvar

Günün ulduz falı - 6 yanvar

BAKU.WS 6 yanvar tarixinin qoroskopunu təqdim edir:Qoç - Əgər maddi vəziyyətiniz imkan vermirsə, uzaq yola çıxmaq planınızı təxirə salın. Yoxsa səfər boyu gərgi...

1946 Şou-biznes 00:00 06 yanvar 2019

Son xəbərlər