Günün ulduz falı - 25 dekabr

Günün ulduz falı - 25 dekabr
Şou-biznes 1996
BAKU.WS 25 dekabr tarixinin qoroskopunu təqdim edir:Qoç - ailə zəminində müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Ailə-sevgi münasibətlərindəki passivliyi də aradan qaldırın.Buğa - sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Bəxtinizdə pul da var.Əkizlər - ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Amma gün ərzində mənfi yüklü Ayın bürcünüzdə olmasını da unutmamalısınız.Xərçəng - iştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Bu gün ulduzlar sizə ciddi məbləğdə pul da vəd edir.Şir - ümumi məziyyətlərinə görə, səmərəli gün hesab etmək olar. Ötən günlərin yorğunluğunu nəzərə alıb yaxşıca dincəlin. Çalışın ki, əsas vaxtınızı doğmalarınızla birlikdə keçirəsiniz.Qız - ulduzlar səmərəli bir gün yaşayacağınızı bildirir. Gün ərzində hər hansı qanqaraçılığı gözlənilmir. Qərarlarınızda qətiyyətli olsanız, çox sahələrdə bəxtiniz də gətirəcək.Tərəzi - astroloji göstəricilər bu təqvimdə maraqlı səfərlərə çıxacağınızdan xəbər verir. Əgər planınızda belə bir şey varsa, reallaşdırın. Yeni simalarla üzləşməniz çox əhəmiyyətlidir.Əqrəb - olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir. Oxatan - səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın.Oğlaq - daxili sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun.Dolça - müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən uzaq durmalısınız. Ümumiyyətlə, bu gün ağlınız kəsməyən işlərə baş qoşmamalısınız.Balıqlar - ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Maddi problemlərinizin aradan qalxacağına nikbin baxın. İnsanlara inamsız yanaşmayın.BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 20 dekabr

Günün ulduz falı - 20 dekabr

BAKU.WS 20 dekabr tarixinin qoroskopunu təqdim edir: Qoç - belə bir gündə evdə oturmağa lüzum yoxdur. Əksinə, aktivliyinizi artırmalısınız. Ulduzlar bəyan edir...

2763 Şou-biznes 00:03 20 dekabr 2018

Son xəbərlər