Günün ulduz falı - 22 noyabr

Günün ulduz falı - 22 noyabr
Şou-biznes 1863
BAKU.WS 22 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - dəhşətli və qərəzli fikirlərdən əl çəkin. Əks təqdirdə hər şeydən məhrum ola bilərsiniz. Çünki insanların dözüm və güzəşt limmiti tükənməz deyil.Buğa - lazımsız əlaqələrə son qoymağı bacarsanız, ulduzlar sizə xoş bir gün bəxş edəcək. Enerjinizi yalnız xeyirxah işlərin həllinə və maliyyəyə yönəldin. Yuxusuzluğa qarşı əncam çəkin.Əkizlər - neçə vaxtdan bəri mövcud olan pulla bağlı sıxıntılarınız nəhayət ki, aradan qalxmağa başlayacaq. Bu isə həmişə olduğu kimi ovqatınızın yüksəlməsinə stimul verəcək.Xərçəng - tale imtahanlarından birini vermək üçün bu gün qarşınıza çıxan hər bir hadisəyə imanla yanaşın. Nəzərə alın ki, Böyük Yaradandan gizli heç nə yoxdur. Doğmalarınıza baş çəkin.Şir - dəyişkən iqlimlə mübarizədə əzmkar olun ki, qarşıda duran perspektivlərə yetişəsiniz. Öz təklif və əmrlərinizlə müsahiblərinizin işini çətinləşdirməyin. Gecəni öz evinizdə keçirin.Qız - astroloji göstəricilər naharaqədərki vaxtı adi işlərə həsr etməyi məsləhət görür. Bütün görüşlərdə ehtiyatlı olun. Sonrakı müddətdə isə fəaliyyətdə müəyyən uğurlarınız mümkündür.Tərəzi - ulduzlar bu gün əsas ixtiyarı öz əlinizə verəcək. Bu isə gözlənilən hadisələrin nəticəsini qərarlarınızdan asılı edəcək. Hər şey müvafiq olsa, nahardan sonra ovqatınız yüksələcək.Əqrəb - günün birinci yarısında əsəblərinizi qorumağı bacarın ki, Göy qübbəsinin sürprizləri sizdən yan keçməsin. İnsanlara əşya kimi deyil, Tanrının yaratdığı ali varlıq kimi baxın. Oxatan - bürcünüzdəki müsbət kosmik fon ümumi işlərinizdə xeyli irəliləyiş yaradacaq. Həm fəaliyyətdə, həm də münasibətlərdə sevinəcəksiniz. İstənilən yeni təklifə razılıq verin.Oğlaq - əgər əsas gücü ünsiyyətin mülayimləşdirilməsinə yönəltsəniz, ulduzlar sizi sevindirəcək. Hətta maddi durumunuz da qənaətbəxş hala gələ bilər. Bu gün yaxın səfərə çıxmaq olar.Dolça - yaşamağın çox çətin olduğu indiki vaxtda "körpüləri yandırmaq" sizə yaramaz. Ən azı xoş gələcəyiniz üçün bunu etməməlisiniz. Davranışda səmimi, sağlamlığınızda ehtiyatlı olun.Balıqlar - günün ümumi mənzərəsi normal olsa da, bəzi səhvlərdən yaxa qurtarmağa çalışın, ələlxüsus da münasibətlərdə. Dəqiq olmayan məsələlərə yekun münasibət bildirməyin. Gəlir də mümkündür.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 21 noyabr

Günün ulduz falı - 21 noyabr

BAKU.WS 21 noyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - qarşınızda duran bu təqvim həyatınızda mövcud olan kompleks problemlərin həll olunmasına xidmət edəcək...

3118 Şou-biznes 00:05 21 noyabr 2018

Son xəbərlər