Günün ulduz falı - 20 yanvar
20
yan
2019
00:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS 20 yanvar tarixinin qoroskopunu təqdim edir: Qoç - Ətrafınızda cərəyan edən proseslər nə qədər əleyhinizə işləsə də, dözümlü olmalısınız. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Mənzil şəraitində daha çox olun.Buğa - İş günü olmasa da ulduzlar bütün diqqəti fəaliyyətə ayırmağı tövsiyə edir. Əgər bunu bacarsanız, yanvarın son ongünlüyündə ciddi problemlərlə rastlaşmayacaqsınız.Əkizlər - Həyat təcrübəsi zəif olan adamlardan uzaq olun. İndiki məqamda belə hallar sizə yalnız zərər yetirə bilər. Amma bilik və təcrübəsi bol olan şəxslərdən bərk-bərk yapışın. Xərçəng - Əgər səhhətiniz imkan versə, müqəddəs yerləri ziyarət etməklə hazırkı enerji azlığınızı aradan qaldıra bilərsiniz. Maraqlı insanlarla rastlaşma ehtimalınız da var.Şir - İştirakçısı olduğunuz proseslər olduqca ciddi bir mərhələyə yetişib. Belə məqamlarda ehtiyatlı və tədbirli davranmalısınız ki, gözdən düşməyəsiniz. Uzaq yola çıxmaq da olar.Qız - Ətrafınızı bürüyən bədxah insanlar sizi imansız yola təhrik edə bilərlər. Özünüzü təsirdən qoruyun. Hansısa dedi-qodu və ya şər neçə illik xoş münasibətlərə kölgə salmamalıdır.Tərəzi - Mistik düşüncələrə qapılmaqdansa, Tanrını başınız üstündə hiss edib düzgün qərarlar verin. Yalnız bu halda irəliləyişlər mümkündür. Qarşınızda müəyyən yeniliklər də durur.Əqrəb - Həssas və çılğın olmağınızdan istifadə edən bəzi bədxahlar sizə tələ qura bilər. Bu səbəbdən də özünüzü dağ kimi təmkinli aparın. Əmin olun ki, bunun bəhrəsini görəcəksiniz.Oxatan - Nahara qədər qeyri-adi hansısa hadisə gözləməkdənsə, darıxdığınız adamlarla görüşməyə cəhd edin. Pul və işlə bağlı planlarınızı isə günortadan sonraya saxlayın.Oğlaq - Pul kisəsinin qənaətbəxş olmaması ləyaqət və mənliyinizə kölgə salmamalıdır. Çünki həyatın enişi-yoxuşu həmişə olur. Odur ki, iman işığına söykənib mərhəmətli olun.Dolça - Artıq bu gündən öz bürcünüz "hakimiyyətə” gəlib. Bu isə hamıdan enerjili və şanslı olacağınıza stimul verəcək. Konkret olaraq bu gün əlaqələrə və qazanca diqqət ayırmalısınız.Balıqlar - Sizə mənəvi dəstək verə biləcək insanlarla rastlaşma ehtimalınız var. Çalışın ki, bu görüşlər boşuna getməsin. Daxili narahatlığınızı dəf etmək üçün bunun böyük səmərəsi ola bilər.BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 7 yanvar
BAKU.WS 7 yanvar tarixinin qoroskopunu təqdim edir:Qoç - Ay bürcünüzdə olduğundan yersiz risk etməyin. Əgər haqlısınızsa, bunu gec-tez hamı biləcək. Saat 17-dən...